Dərc edildi: Baxış sayı: 496
Gülalı Məmməd - Qurban olduğum
Ağ əllərin oynar bağda gül ilə,
Dindirərəm səni şirin dil ilə.
Qapında əylənib qallam il ilə,
Oyan, gözlərinə qurban olduğum.
Bahar olcaq bağçanıza bar gələr,
Payız olcaq dağınıza qar gələr,
Səndən ayrı düşmək mənə ar gələr,
Oyan, gözlərinə qurban olduğum.
Gülalı Məmmədəm, qadan alayım,
Ölməyəyim, qol boynuna salayım,
İstərsən qapında qulun olayım,
Oyan, gözlərinə qurban olduğum.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət