Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Güclü öskürək - koronavirusun xarakterik əlamətidir

Güclü öskürək - koronavirusun xarakterik əlamətidir
Sakura

Güclü öskürək - koronavirusun xarakterik əlamətidir

Ens.az bildirir ki, soyuqdəymə və ya qripin bir çox əlaməti COVID-19 koronavirus infeksiyasına bənzəyir. Öskürək onları ayırd etməyə kömək edir.

Beynəlxalq mətbuatda iki həftə boyunca koronavirus infeksiyası ilə mübarizə aparan 25 yaşlı Kalum Uişart haqqında reportaj yayımlanıb. Bu hadisənin nümunəsi əsasında, COVID-19-u digər tənəffüs yolları infeksiyasından, həmçinin adi soyuqdəymədən necə ayırd edəcəyinizi başa düşə bilərsiniz.

COVID-19 üçün xüsusi öskürək xarakterikdir- son dərəcə güclü, adamı əldən salan öskürək. Xəstələnmiş insan üçün, soyuqdəymədən yaranan öskürəkdən daha ağır olur.

"Öskürəyim o qədər aqressiv idi ki, bütün sinəmdə güclü ağrıya və hətta qusmağa səbəb olurdu" deyib o.

Bundan əlavə, COVID-19 nəticəsində yaranan öskürək, uzun müddət davam edən pristuplarla özünü büruzə verə bilər və bu da insanın boğulmasına səbəb olur. Belə anlarda ağciyərlərdə oksigenlə nəfəs almağa imkan verməyən spazmlar meydana gəlir.

"Koronavirusun əlaməti bir saat və ya daha çox müddətdə davam edən güclü öskürəkdir və belə təzahürlərin tezliyi gündə üç və ya daha çox olur. Başqa simptom – bədənin döş hissəsində və kürəkdə güclü qızdırmadır" deyə beynəxalq media yazır.

Mənbə: www.med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR