Slimfit
  1. AZƏRBAYCAN

Güclü külək elektrik enerjisi və təbii qaz təsərrüfatına ciddi ziyan vurub

Güclü külək elektrik enerjisi və təbii qaz təsərrüfatına ciddi ziyan vurub
Sakura

Güclü külək elektrik enerjisi və təbii qaz təsərrüfatına ciddi ziyan vurub

Güclü külək şimal bölgəsində elektrik enerjisi və təbii qaz təsərrüfatına ciddi ziyan vurub.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərişıq” ASC və "Azəriqaz” İB-nin birgə məlumatında deyilir.

"Martın 7-də gecə saatlarından ölkənin şimal bölgəsində başlayan güclü külək həm işıq, həm də təbii qaz təsərrüfatına ciddi ziyan vurub. Belə ki, ağacların, fərdi yaşayış evlərinin və müxtəlif təyinatlı tikililərin hasar və dam örtüklərinin aşması nəticəsində qaz və işıq xətləri qırılaraq yararsız hala düşüb. İşıq dirəkləri yerindən qoparaq aşıb, qaz tənzimləyici şkaflar və sayğaclar zədələnib. Əsasən Xudat şəhərinin həm mərkəzində, həm də Muxtadır, Vələmir və digər kənd və yaşayış massivlərində fəsadlar qeydə alınıb. İlkin olaraq 30-dək işıq dirəyinin aşdığı, işıq xətlərinin qırıldığı, ayrı-ayrı yerlərdə 57 millimetr diametrində qaz xətlərinin zədələndiyi qeydə alınıb. İşıq və qaz təchizatında müvəqqəti olaraq fasilələr yaranıb. Lakin hər iki qurumun qarşılıqlı birgə fəaliyyəti nəticəsində məlumat mübadiləsi aparılır, fəsadların aradan qaldırılması üçün dərhal tədbirlər görülür. Yaranmış vəziyyət "Azəriqaz" İB və "Azərişıq" ASC rəhbərliklərinin nəzarəti altındadır. Bu narahatlıqlar barədə hər iki qurumun Çağrı mərkəzinə ("Azərişıq" ASC - 199 və "Azəriqaz" İB -104/185) məlumat vermək xahiş olunur”, - deyə məlumatda qeyd edilir.

 

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:

 

 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR