Dərc edildi: Baxış sayı: 868
Güclü külək Biləsuvar və Cəlilabadda da fəsadlar yaratdı
Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.
Ens.Az-ın məlumatına əsasən,bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.
Cəlilabad rayonunda da külək fəsadlar yaradıb. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin güclü külək qurumuş ağacları aşırıb.
Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət