Slimfit
  1. MƏDƏNİYYƏT

GTT-nin direktoru: "Bölgə teatrlarını xilas etmək lazımdır"

GTT-nin direktoru: "Bölgə teatrlarını xilas etmək lazımdır"
Sakura

GTT-nin direktoru: "Bölgə teatrlarını xilas etmək lazımdır"

"Bölgə teatrlarını xilas etmək lazımdır".

"Report" xəbər verir ki, bunu Gənc Tamaşaçılar Teatrının (GTT) direktoru Naidə İsmayılzadə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, hər il nə qədər aktyor universiteti bitirir: "Hamı şəhərdə çalışmaq istəyir. Bu, mümkün deyil. Bölgələrdə çalışmaqdan çəkinmək lazım deyil. Əksər sənətkarlarımız əvvəllər bölgə teatrlarında işləyib. Həmçinin bölgə teatrlarının maaşları barədə düşünmək və baxmaq lazımdır".

Direktor bildirib ki, teatrların inkişafı üçün hüquqi baza lazımdır: "Bəzən söz soruşmaq üçün adam tapa bilmirik. Teatrın içinə girəndə onun zəhmət tələb edən iş olduğunu görmək mümkündür. Əvvəllər “Teatr haqqında” qanunda sponsorluq edən fiziki şəxslərin vergidən azad edilməsi bəndi vardı, sonradan çıxarıldı. Bizə də, “vaxtı gələndə müraciət edərsiniz”, deyildi. Məncə, artıq vaxtıdır".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR