Dərc edildi: Baxış sayı: 553
“Green Card” udmaq istəyənlərə pis xəbər
ABŞ Ali Məhkəməsi Donald Tramp administrasiyasına “Green Card”ın (Yaşıl kart) verilmə qaydalarını sərtləşdirməyə icazə verib.
“The Washington Post” nəşri yazır ki, yeni qaydalara əsasən, hakimiyyət orqanları qanuni miqrantların dövlət yardımına güvənməsindən şübhələnərsə, onlara “Green Card”ın verilməsi qadağan ediləcək.
Xatırladaq ki, Ağ Ev 2019-cu ildə “Green Card”ın (Yaşıl kart) verilmə qaydalarını sərtləşdirib.
Sərəncamın 2019-cu ilin oktyabr ayından qüvvəyə minməsi gözlənilsə də, Nyu-Yorkda yerləşən Apellyasiya Məhkəməsinin İkinci Dairəsi onun tətbiqinə qadağa qoymuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət