Dərc edildi: Baxış sayı: 1549
Gözünüzdəki bu problem xərçəngin əlamətidir
İnsanın gözlərinə baxaraq, onun haqda çox söz söyləmək olar. Gözlər insanın yalnız daxili aləmindən yox, həm də sağlamlığından xəbər verir. Gözdə yaranmış problemlər insanın, hətta ağlına belə gəlməyən bir çox xəstəliklərin əlaməti ola bilər.
Medicina.az sizə bu əlamətlərdən bir neçəsinin səbəbini açıqlayır:
1. İtdirsəyi
Yəqin ki, hər birinizin gözlərində nə vaxtsa itdirsəyi çıxıb. Çox ağrılı olmasına baxmayaraq, adətən bir neçə gündən sonra öz-özünə itib gedir. Əgər 3 ay müddətində itdirsəyi çəkilib getmirsə, o zaman bu piy vəzilərinin bədxassəli şişi kimi nadir bir xərçəng növü ola bilər.
2. Qaşların tökülməsi
Saçların tökülməsinin səbəbləri müxtəlifdir. Əgər qaşlar tökülərsə, bu qalxanabənzər vəzin işində ciddi problemlərin olmasından xəbər verir.
3. Bulanıq görmə
Əgər siz kompüterdən tez-tez istifadə edirsinizsə, o zaman gözlərinizdə yanma və ya bulanıq görmə müşahidə edə bilərsiniz. Əgər ekrana baxarkən görüntü qeyri-dəqiqdirsə, deməli, sizdə "kompüter görməsi” sindromu yaranıb.
Gələcəkdə bu sizə narahatlıq yaradacaq. Buna görə də yaxşı olardı ki, təxirə salmadan həkimə müraciət edəsiniz.
4. Kor ləkə
Görmə əhatəsində olan kiçicik kor ləkənin səbəbi var. Əgər bu ləkə yanıb-sönən işıq və dalğavari xətlərlə müşahidə edilərsə, o zaman bu, miqrenin əlamətidir. Kor ləkənin əmələ gəlməsi baş ağrısı ilə də müşahidə edilir.
5. Bərəlmiş gözlər
Bu əlamət qalxanabənzər vəzin problemindən xəbər verir. Onun əsas səbəbi bu vəzin həddən artıq aktivliyi, yəni hipertireozdur.
6. Göz ağının saralması
Bu hal sarılıq kimi tanınır. Əsas səbəbi qaraciyər və öd kisəsi problemləridir.
7. Dumanlı görmə
Şəkərli diabetdən əziyyət çəkən insanlar, göz xəstəliklərinə daha çox məruz qalırlar. Diabet xəstələrində ən çox yayılan göz problemi diabetik retinopatiyadır. Bu xəstəlik gözlərin qan-damar sisteminə təsir edir. Bu səbəbdən bəzi şəkər xəstələrində hətta korluq da yaranır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət