Dərc edildi: Baxış sayı: 713
Gözün sağlamlığını necə möhkəmlətmək olar?
Moderator.az Rambler-ə istinadən görmə kəskinliyini və göz sağlamlığına faydalı təsir göstərməsinə kömək edən bəzi məsləhətləri nəzərinizə çatdırır.
Tez-tez gözünüzü yumub açın
Kompüter arxasında işləyərkən tez-tez gözlərinizi monitordan yayındırın və daha tez-tez kiprik çalın. Əslində, ekranın qarşısında oturanda, adi haldan daha az yumub açırıq. Buna görə də göz almacığı sulu maye ilə pis islanır və nəticədə gözlər quruyur və daha çox yorulur.
Baxışlarınızı fokslandırın
Vücudumuzun digər əzələləri kimi göz əzələlərini də məşq etdirmək lazımdır. Gözlərinizi alternativ olaraq yaxın və uzaq obyektlərə zilləyərək (fokuslayaraq) bunu edə bilərsiniz.
Doğru işığı seçin
Gözlərin yorulmasının səbəbi həm də qeyri-kafi və ya çox parlaq işıq ola bilər. Bir kompromis variant seçin və gündüz işığına bənzəyən lampa seçin.
Siqaretə”yox” deyin
Nikotin göz hüceyrələrinin təchizatını azaldır, damarları daraldır. Bundan əlavə, tütün tüstüsü göz qızartısına, göz yaşına və başqa qıcıqlandırıcılara səbəb ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət