"Gözümüzün qarşısında böyük tarix yaradılır" - Musa Qasımlı
"Ermənistanla sərhəddə Həkəri çayının üstündə nəzarət-buraxılış məntəqəsinin qurulması dövlətimizin müstəsna suveren hüququ, torpaqlarımızın işğaldan azad edilməsi qədər tarixi əhəmiyyətli olub, 1988-ci ildən bəri ərazilərimizə göndərilən terrorçu zir-zibillərin, silah-sursatın, daxili işlərimizə müdaxilənin qarşısının kəsilməsidir".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycanın Laçın-Xankəndi yolunda DSX-nın nəzarət-buraxılış məntəqəsəni qurmasına münasibət bildirərkən deyib.
"Gözümüzün qarşısında böyük tarix yaradılır. Bu, o deməkdir ki, ermənilər ya Azərbaycan qanunlarına riayət edib digər bütün vətəndaşlarla bərabər şəraitdə normal adam kimi yaşamalı, əksini edənlər özlərinə başqa yaşayış yeri axtarmalı, dövlətimizə qarşı silahla çıxmağa cürət edənlər anladıqları dildə cavablarını almalıdırlar. 100 il əvvəl bədənimizdə zorla çıxarılan çiban kökündən kəsilib atılır. Bu hadisə bir daha göstərir ki, millətimizin qarşıya qoyduğu hədəflərə çatmasının təməlində onu bir yumruq kimi birləşdirən Güclü Dövlət, nəyi nə zaman və necə etməyi yaxşı bilən Qüdrətli Dövlət rəhbəri dayanır. Allah Millətimizi, Dövlətimizi və cənab Prezidentimizi qorusun!",- deyə millət vəkili əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət