Dərc edildi: Baxış sayı: 1037
Gözü daima yemək axtaranların problemi – Nəyə görə tez-tez aclıq hiss edirik?
Aclıq və iştah orqanizmin fizioloji tələbatıdır. Hər ikisinin azlığı və çoxluğu orqanizmin hansısa finksiyasının pozulduğunu göstərir. Indi yeyib, 1 saat sonra acanların problemi nədir.
Medicina.az qarşısıalınmaz iştah, aclıq hissi olan insanların vəziyyətinin səbəblərini araşdırıb. Əgər hər saatda yemək yeyirsizsə, oxuyun, bəlkə bir səhvinizi tapıb problemi düzəltdiz.
1.Əsas çox yemək deyil, balanslaşdırılmış qidadır
Çox insanlar səhvən düşünür ki, yemək nə qədər çox kalorili olsa bir o qədər tutumlu olur. Amma tam əksinədir. Orqanizmi doyuran kalori yox, qid ailə qəbul olunacaq faydalı maddələrdir. Bu isə ideal üçlük deməkdir: zülal, karbohidrat, yağlar.
Əgər siz yalnız zülal yesəz, o zaman iştah yüksələcək, orqanizm aclıq siqnalı göndərəcək. Siz yenə zülallı qida yeyəcəksiz, yenə orqanizmdə nəsə çatışmayacaq. Ona görə boşqabınızda mümkün qədər bu üçlük kombinə olmalıdır.
2.Siz ac deyilsiz, susamısız
Bəzən insan susuzluq hissi ilə aclığı da səhv salır. Bunun günahkarı isə hipotalamsdur, o beyində aclıq və susuzluq siqnallarını göndərir.
Dietoloqlar deyir ki, acanda yeməyə tələsməyin, bir stəkan su için və yarım saat gözləyin. O zaman aclıq hissi keçəcək və əslində orqanizmə su lazım olduğunu biləcəksiz.
3.Düzgün qida rejiminiz yoxdur
Əgər bir insan səhər yeməyini qaçırırsa, tezbazar qəhvə ilə bulka yeyirsə, orqanizmin borcudur ki, 1-2 saat sonra aclıqdan nərə çəksin. Nəticədə siz günorta yeməyində lazım olandan daha çox qida yeməli olacaqsız.
Qida arasındakı fasilə 5 saatı keçən kimi qanda qrelin adlanan aclıq hormonun səviyyəsi artır. Bu zaman orqanizm qənaət rejimini işə salıb, əvvəlcədən yediyinizdən ehtiyat yığmağa başlayacaq. Bu da kökəlməyə səbəb olacaq. Məsləhətdir ki, səhər yeməyini təxirə salmayasız. Gec yeyin, amma yeyin. Söhbət normal yeməkdən gedir, şirniyyatdan yox.
4.Siz karbohidrat balansını düzgün təmiz etmirsiz
Karbohidrat – orqanizmin yanacağıdır. Amma onlar aclığı çağıran amansız düşməndir.
Sadə karbohidratlar çox tez həzm olur, onları yeyərkən qanda şəkərin səviyyəsi bir anda sürətlə artır, daha sonra eyni sürətlə azalır, bu zaman bədən növbəti qida qəbulunu tələb edir.
İnsan mürəkkəb karbohidratlardan uzaq durduqca həm aclıq hissi çox olur, həm də kökəlmə, piylənmə gedir. Burda bir çıxış yolu var: menyuya çətin karbohidratlar daxil edin. Ac qarına və qaçaraq sadə karbohidratlardan qəbul etməyin. Bununla qanda şəkərin səviyyəsini də pozmuş olursuz.
İdeal variant: əvvəlcə bir pors zülal yeyin, daha sonra şirniyyat, şokolad, peçenye. Digər qayda saat 16:-00-dan sonra və axşam şirniyyat yeməyin. Yoxsa səhərə dəhşətli aclıq hissi ilə oyanacaqsız.
5.Orqanizmdə zülal çatışmamazlığı var
Orqanizmin sütunu, tikinti materialı olan zülal maddələr mübadiləsi və yeni hüceyrələrin yaranmasında əsas rol oynayır. Karbohidratdan fərqli olaraq o gec həzm olur və toxluq hissi yaradır. Amma menyuda mütləqdir ki, 2 növ heyvan və bitki zülalı olsun. Mütləq səhər yeməyində bir növ zülal olmalıdır, yəni 1-2 ədəd yumurta. O zaman mahara kimi tox qalacaqsız.
6.Yağlı qidalardan uzaqsız
Yağlar insanı doyurur, heyvan və bitki mənşəli yağlara ehtiyac duyan orqanizmi bu elementdən uzaq tutanda insan aclıq hiss edir. Yağ o demək deyil ki, kərə yağı, piy yeməlisiz. Faydalı yağlar avokado, balıq, günəbaxan tumları, qoz, fındıqda da olur. Mənfi cəhəti odur ki, kalorisi çoxdur. Sutkalıq doza bütün qidanın 30%-i aşmamalıdır.
7.Ayaqüstü, tələsərək yeyirsiz
Qidanı qaçaraq, çeynəmədən udan insanlar doymaq hiss etmir, daim ac olur. Beyinə doymaq siqnalının çatması üçün 15 dəqiqə vaxt lazımdır. Bu vaxtı isə yeməyi çeynəyərək, asta yeməklə başa gətirmək olar.
Hətta tək olsaz da yeməyi masada, süfrədə, qaydasında yeyin. Kompüter və telefon arxasında qidalanmaq olmaz.
8.Siz doymadan qidalanırsız
Bu əsl aclıq səbəbidir. Sutkalıq rasionunuz kasad, zəif və azdır. Orqanizmdə enerji çatışmazlığı yaşanır. Məsləhət: qida qəbulu vaxtlarını və miqdarını artırıb, 2-3 gün müşahidə edin.
9.Alkoqol qəbul edirsiz.
Hətta bir qədəh şərab da aşırı iştah açır. Alkoqoldan imtina edin və ya çox az qəbul edin. Ac mədəyə alkoqol içməyin. Alkoqolla birgə yağlı, duzlu qida qəbul etməyin. Alkoqolla qida qəbulundan sonra mütləq su için. Alkoqol bədəni susuzlaşdırır və siz aclıqla susuzluğu səhv sala bilərsiz.
10.Siz ev yeməyinə həsrətsiz
Əsl ev yeməyinə müxtəlif səbəblərdən həsrət qalanlar və tənbəllər hətta restoranda, kafedə belə yaxşı yeməklər sifariş edib qidalansa da normal qidalanmış sayılmır. Fast-fooda əlavə olunmuş aromatizatorlar insanda aşırı iştah yaradır. Bunun bir yolu var: belə qidalardan tam imtina edib, yalnız evdə bişmiş yemək. Amma uzun müddət küçə yeməklərinə alışanlar bu keçidi tədricən etməlidir. Bİrdən birə orqanizm özünü itirər.
11.Siz idmanla məşğul olursuz.
Trenajor, fitnes və daha ağır idman növləri ilə məşğul olanlar bir tərəfdən arıqlamaq istəyir, digər tərəfdən acından ürəyi gedir. İdmanla məşğul olanların normal həyatı üçün daha çox kalori lazımdır. Idman qanda şəkərin miqdarını azaldır, aclıq hormonu artır.
Məşqdən sonra qlükoza ehtiyatını artırın, meyvəli şirin kokteyl için.
12.Siz depressiyadasız
Aclıq və toxluğun sosial və psixoloji səbəbləri də var. Kimsə stresi, həyəcanı, əsəbi, hətta ürəyindəki sözünü yeməklə örtür, kimsə darıxdığından çox yeyir, kimsə acığını yeməkdən çıxır. Digər tərəfdəb antidepressantlar da aclıq hissini artırır, insanı kökəldir. Depressiyada olan insanlar yuxarıdakı qida rasionu və 3 elementin balansını daha çox qorumalıdır.
13.Siz az yatırsız, yuxusuzsuz
Az yatan, yuxususuzluqdan əziyyət çəkən insanlarda iştah hormonu qrelin artır, toxluq harmonu leptin azalır. Özü də aclıq gecə yarı güc gəlir. Normal yuxu almamaq daimi aclıq və çəki almağa səbəb olacaq.
Əgər sutkada 8 saatdan az yatırsızsa, o zaman yuxu problemini yoluna qoyun. Axşam yeməyinə isə zülal və karbohidrat sintezli qida qəbul edin, bu zaman somatotropin adlı yuxuda arıqladan hormon sintez olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət