Slimfit
  1. MARAQLI

Gözlərin rəngi xasiyyəti ifadə edir – Psixoloq açıqladı

Gözlərin rəngi xasiyyəti ifadə edir – Psixoloq açıqladı
Sakura

Planet sakinlərinin əksəriyyətinin gözü qəhvəyidir

Planet sakinlərinin əksəriyyətinin gözü qəhvəyidir. Aparılmış statistikaya əsasən, Yer kürəsinin əhalisinin 2%-i yaşıl gözlərə sahibdir. Gözlərin rəngi orqanizmdəki meloninin maddəsinin miqdarı ilə müəyyən olunur, yaşıl gözlü insanlarda meloninin miqdarı azdır, qəhvəyi gözlərdə isə daha çoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.

“İnsan hisslərinin ən gözəl təzahür vasitəsi gözlərdir. Gözlərin quruluşu, rəngi, vəziyyəti xüsusi əlamətlərdən xəbər verir. Yaşıl gözlü insanların sayının az olmasını orta əsrlərdə inkvizisiya əməllərinin nəticəsi kimi də baxmaq olar. Yaşıl və göy gözlü insanlar İslandiya əhalisinin 80%-ni, Türkiyədə isə 20%-ni təşkil edir. Cənubi Amerikada, Asiya və Orta Şərqdə isə yaşıl gözlü insanlara çox nadir hallarda rast gəlinir”, - psixoloq qeyd edib.

Gülnar Orucova Amerika mütəxəssilərinin müxtəlif göz rənginə sahib insanların xüsusiyyəti ilə bağlı apardığı araşdırma barədə məlumat verib.

Həmin araşdırmanı təqdim edirik:

• Mavi gözlü insanlar enerjili, pozitiv düşüncəli, tez qərar verməyi bacaran olurlar. Əliaçıq, səxavətli olan mavi gözlülər dəyişikliklərdən qorxmurlar. Xəyalpərəst olduqları üçün reallığı görməkdə çətinlik çəkirlər. Şöhrətpərəst olmadıqları üçün ətrafdakılar tərəfindən çox sevilir və müsbət qarşılanırlar.

• Qara gözlü insanlar çox həyəcanlanan, nizam-intizamlı, səliqəli olurlar. Qara gözlər ehtiras və coşğu əlamətidir. Sevdiklərinə daima nəzarət etmək, yönləndirmək istəyirlər. Onların sevgisi qədər kinləri də böyük olur. Qara gözləri olan insanlar çox hiyləgər də ola bilirlər.

• Yaşıl gözlü insanlar sevdikləri şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olduqlarına baxmayaraq, heç kimi incitməməyə, qəlbini qırmamağa çalışırlar. Yaşıl gözlü insanlar xüsusi qabiliyyətlərə malik olan, düzgün və vaxtında qərar verə bilənlərdir. Qısqanclıqları isə ətrafdakıların diqqətini çəkirlər.

• Ala gözlü insanların intusiyaları güclüdür, olduqca həssas, kövrək bir ürəyə sahibdir. Çox qürurlu olurlar və qürurlarını qıranları əsla bağışlamırlar.

• Qəhvəyi gözlü insanların ən pis xüsusiyyəti öz sirlərini hamıya vermələridir. Uğursuzluqla tez-tez üzləşdiklərinə görə səhvlərindən düzgün nəticə çıxarırlar. Başqalarını düşünürlər, hamı ilə yola getməyi bacarırlar. İşləri onların istədiyi kimi getməyəndə əsəblərini cilovlaya bilmirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR