Dərc edildi: Baxış sayı: 1382
"Gözlə bizi, can Azərbaycan" - Binəli Yıldırım Bakıdan yazdı
Xəbər verdiyimiz kimi, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu Bakıda keçirəcək.
Modern.az xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Binəli Yıldırım şəxsi "Tvitter" mikrobloqunda paylaşım edib.
"İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbirsizlənirəm. Gözlə bizi, can Azərbaycan", - deyə sabiq baş nazir paylaşımda qeyd edib.
Qeyd edək ki, Türkiyə - Uels matçı 17 iyun tarixində, İsveçrə - Türkiyə qarşılaşması isə ondan 4 gün sonra baş tutacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət