Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Göz zədələnməsinə səbəb olan allergik xəstəliklərin səbəbi açıqlandı

Göz zədələnməsinə səbəb olan allergik xəstəliklərin səbəbi açıqlandı
Sakura

Göz zədələnməsinə səbəb olan allergik xəstəliklərin səbəbi açıqlandı

Müasir texnologiyaların inkişaf etməsi nəticəsində insanlar kompüter, smartonlar və planşetlərdən daha çox istifadə edirlər. Bu texnologiyalardan çox istifadə edən insanların gözlərində ara-sıra qaşınma, quruluq kimi müəyyən problemlərin ortaya çıxması təbii qarşılanır. Lakin bəzən kompüter, smartfonlardan çox istifadə edənlər gözlərində yaranan allergik reaksiyaların əlamətlərini fərqləndirə bilmir, bu problemin də kompüter və smartfonlardan qaynaqlandığını düşünürlər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, hazırda gözlərin zədələnməsi ilə gedən allergik xəstəliklərin sayının artmasında nəzərəçarpacaq dərəcədə artım qeyd edilir. Bu xəstəliklərin sırasına allergik konyunktivitlər, allergik keratokonyunktivitlər və pollinozu olan pasientlərdə gözlərin mövsümi zədələnməsi daxildir. Allergik xəstəliklər arasında allergik konyunktivit rastgəlmə tezliyinə görə siyahıda birinci yerdə dayanır.

Allergik konyunktivitin gözün allergenə qarşı iltihabi reaksiyası olduğunu deyən oftalmoloq bildirib ki, allergik konyunktivit zamanı simptomlar allergenlə kontaktdan dərhal sonra və ya 12-24 saat ərzində baş verə bilər.

O, allergik konyunktivitin simptomlarını da açıqlayıb.

 

Həkim bildirib ki, allergik konyunktivit zamanı gözlər toz dənəciklərinə, gül pulcuqlarına va başqa allergenlərə qarşı həssas olaraq qızarır, qaşınır və su axır: "Konyunktiva qişası göz almasının və göz qapaqlarının daxili qatını örtür. Əsasən mövsümi (toz, gül tozları) allergenlərə qarşı qıcıqlanma baş verə bilər. Bu, həmçinin orqanizmin allergenə reaksiyasıdır".

Y.Abdiyeva allergik konyunktivitin daha çox cavanlarda rast gəldiyini də söyləyib.

Həkimin sözlərinə görə, allergenlər məişət (gənə, ev tozu, kitabxana tozu, balış və döşəklərdə olan tüklər), epidermal (heyvani yun və qabıq, tük, lələk, balıq qidaları), toz (müxtəlif bitkilərin tozu) mənşəli ola bilər: "Gözdə kosmetika, həmçinin məişət kimyasına qarşı allergiya yarana bilir. Çox nadir hallarda qidaya qarşı allergik konyunktivit müşahidə oluna bilər. Müalicə düzgün aparılmadıqda və infeksiya prosesə qoşulduqda irinli ifrazat da müşahidə oluna bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR