Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Göz quruluğu olanlar oruc tutarkən nələrə diqqət etməlidir?

Göz quruluğu olanlar oruc tutarkən nələrə diqqət etməlidir?
Sakura

Göz quruluğu olanlar oruc tutarkən nələrə diqqət etməlidir?

Ölkəmizdə də geniş vüsət alan problemlərdən biri də məhz göz quruluğudur. Əgər vaxtında müalicə olunmazsa korluqla nəticələnə bilir. Lakin pasiyentin öz qanından hazırlanan bir dərmanla problemin müalicəsi mümkündür.
 
Beləliklə dərmanın əks təsirləri də önlənmiş olur.
BakuPost bu barədə ətraflı məlumatı təqdim edir.
 
 Quru göz sindromu gözün təbii mayesinin və nəmləndirilməsinin xroniki çatışmazlığı nəticəsində meydana gəlir.
Daimi quruluq, göynəmə, qızartı və yanma hissi quru gözün əsas simptomlarıdır. Bu əlamətlərdən biri belə sizin göz həkiminə müraciət etmək üçün səbəb ola bilər. Quru gözün daha bir əlaməti yad cisim hissiyyatıdır. Bu zaman sanki siz gözünüzdə nəsə qalmış kimi hiss edirsiniz və bu nə qədər qəribə səslənsə də, quru göz sindromu gözün sulanmasına səbəb ola bilər. Bu ondan irəli gəlir ki, bəzən gözün üst qişalarının quruması onda göz yaşı istehsalını artıra bilir.
 
Göz yaşı nöqtəsinin tıxanması
 
Müvəqqəti və ya daimi silikon plaqlar sizin göz qapağınızdakı göz yaşı nöqtələrinə yerləşdirilərək, göz yaşının gözlərinizdən axıb getməsinin qarşısını alacaq. Lakrimal və ya punktal plaqlar sizin göz yaşı nöqtələrinizə ambulator şəraitdə və tamamilə ağrısız şəkildə yerləşdirilir və siz onları hiss etmirsiniz. Akrildən hazırlanan yeni növ plaqlar göz yaşı nöqtələrinə yerləşdirildikdən sonra sizin bədən temperatirinizin təsirindən gel şəklinə düşərək, göz yaşı kanalının ölçüsünə uyğunlaşır.
 
Bu plaqların üstünlüyü ondadır ki, onların ölçüsü hamıya uyğundur və əvvəlcədən ölçmə aparmağa ehtiyac yoxdur. Həmçinin, onlar kanaldan xaricə çıxaraq, qıcıqlanmaya da səbəb olmurlar.
 
Başqa bir növ plaqlar isə hidrogel materialından hazırlanır və temperaturun təsirindən geləbənzər maddəyə çevrilir. Onu gözdən xaric etmək tələb olunur və sizin göz həkiminiz asanlıqla onu fizioloji məhlulla yuyaraq, xaric edə bilər.
Düzdür, bəzi insanlarda plaqlar fayda vermir və onların göz yaşı nöqtələri cərrahi üsulla bağlanmalıdır.
 
Depressiya əleyhinə dərmanlar göz quruluğuna səbəb ola bilər.
Göz yaşı səviyyəsinin pozulması immun sisteminə də təsir edir. Nəticədə gözümüz infeksiyalara qarşı zəif olur. Kimyəvi tərkibli antidepressiya, yuxu gətirən və s. dərmanlar daha çox göz quruluğu ilə nəticələnir. Göz quruluğu olanlarda şəkər, hipertoniya, qalxanabənzər vəzi kimi xəstəliklərin  xəbərçisidir. Bununla yanaşı həddindən artıq alkoqol da buna səbəb olur. Qanınızdan göz damlası necə hazırlanır? Maye dərmanlara göz müalicəsi üsulunda xəstənin qanı alınır, 24 saat gözləmədə saxlanılır. Daha sonra xüsusi presudurlar tətbiq olunur. Və xəstənin gözünə tətbiq edilir. Sözügedən maddə xüsusi saxlanma qaydasına əməl olunduqda 10 günə qədər tətbiq olunur. Göz quruluğunun müalicəsində son bir neçə ildir ki, istifadə olunur. İnsanın öz qanından hazırlandığı üçün allergik xüsusiyyəti yoxdur.
 
Dəqiqədə 6 dəfə göz qırpın 
Göz quruluğuna qarşı bəzi tədbirlər şikayətlərinizi minumuma endirər. İlk şərt bol-bol göz qırpmaqdır. Dəqiqədə azı 6 dəfə göz qırpmağa səy göstərin. Xüsusi olaraq daimi kompüterdən istifadə edənlər təhlükə altındadır. Buna görə də bol-bol maye qəbul etmək  və balıq yağı içmək zəruridir. Kandisanerin altında çox qalmaq da bu sindroma səbəb olur. Yuxusuluq da göz quruluğuna səbəb olur. 
Gündə 8 saatlıq yuxu gözləriniz üçün önəmlidir. 
 
Ultrabənövşəyi işıqlar da bu qəbildəndir. Ona görə də günəş eynəklərindən istifadə etmək lazımdır. Ümumiyyətlə, gözlərinizin sağlamlığı üçün 6 aydan bir müayinəyə getmək məsləhətlidir.
Göz quruluğundan əziyyət çəkənlər oruc tutarkən balıq yağı qəbul etməlidir.
Oruc olanda gün ərzində orqanizm susuz qalır. Nəticədə gözlərdə daha çox narahatlıq meydana gəlir. 12 saat ərzində su içilməzsə  bədəndə 1,5 litr su itirilir. Ona görə də iftar və imsaqda bol-bol su için. Göz damcıları və balıq yağı qəbul edin.
 
Bu əlamətlər göz quruluğunun xəbərçisidir:
 
•    Kondisioner olan, nəmsiz, havasız yerlərdə çox qalmaq 
•    Siqaret içmək və dumanına məruz qalmaq
•    Bəzi göz xəstəlikləri, ürək rahatsızlığı, revmatizm xəstəlikləri
•    Uzun müddət kontakt linza istifadəsi
•    Gözdə yanma
•    Gözdə qaşıntı və yaxşı görməmək 
•    Gözün ağrıması
•    Gözdə sulanma
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR