Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?

Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
Sakura

Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?

Göz dünyaya açılan pəncərədir. Kimyəvi makiyaj məhsulları zamanla gözlərdə problem yara bilər. Buna görə də, ehtiyatlı olmaq lazımdır.

Mütləq etibarlı marka istifadə edin

Etibarlı markadan istifadə etməlisiniz, makiyaj məhsullarının, xüsusilə, göz üçün olanların bir nəfərdən istifadə olunması vacibdir. Gözdə infeksiya aşkarlandığı halda istifadə olunan makiyaj məhsulları dəyişdirilməlidir. Kirpiklərə tuş vurarkən tuşun göz içinə dəyməməsinə diqqət edin. 

Göz içinə boya dəydiyi halda, göz yaşı mayesinə qarışar və gözü qoruyan, nəmləndirən göz yaşının keyfiyyəti pozular. 

Yatmazdan əvvəl qalıntıları mütləq təmizləyin

Göz makiyajını gecə yatmadan əvvəl təmizləmək vacibdir. Hətta göz qapağı üçün şampunlardan istifadə edə bilərsiniz. İstənilən aptekdən göz şampunlarını tapa bilərsiniz. 

Göz qapağı şampunu davamlı olaraq diş fırçası kimi səhər-axşam istifadə olunmalıdır. Göz müxtəlif tozlara, gözlə görülməyən hissəciklərin gözə düşməsi gözdə xroniki göz qapağı problemlərinə səbəb olur. Göz ətrafı makiyaj təmizlənmədikdə, zamanla alergik xəstəliklər, xroniki infeksiyalar meydana gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR