Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Göz altında qırışlar niyə əmələ gəlir?

Göz altında qırışlar niyə əmələ gəlir?
Sakura

Göz altında qırışlar niyə əmələ gəlir?

Gözümüzün altındakı qırışlar gün ərzində üz əzələlərimizin daimi hərəkətinin nəticəsidir. Güləndə, gözlərimizi qıydıqda, üz-gözümüzü turşutduqda yaranan mimika- bunların hamısı üzümüzdəki qırışların əsas səbəbidir. 

Bununla belə, üzdəki hərəkətlər qırışların yaranmasına kömək edən faktorlardan sadəcə biridir. Pis qidalanma, həyat tərzi, günəşin təsiri, siqaret çəkmək və atmosfer çirkliliyi- gözaltı qırışların yaranmasının və ümumiyyətlə orqanizmin vaxtından qabaq qocalmasının önəmli səbəblərindəndir. 

Əgər hədsiz qırışlardan qaçmaq istəyiriksə, nəzərə almalıyıq ki, gözətrafı dəri xüsusilə nazikdir və özəl qulluq tələb edir. Genetika və qocalmanın özü kimi, qaçılmaz amillər var, ancaq özünüzdən asılı olan yeməklə bağlı bəzi zərərli vərdişlərdən və siqaret çəkməkdən uzaq durmaqla, göz altında qırışların əmələ gəlməsini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

Göz altında qırışların yaranmasının əsas səbəbləri

Aşağıda qırışları yaradan 4 səbəb sadalanır ki, onlardan mümkün qədər uzaq durmaq lazımdır ki, deyilən qüsuru azaltmağa və onların artmasının qarşısını almağa kömək edir.

Siqaret çəkmək 

Siqaretdə mövcud olan nikotin və yüzlərlə kimyəvi maddə qan damarlarını sıxılmağa məcbur edir ki, bu da dəridə oksigen çatışmazlığına gətirir. Bu reaksiya səbəbindən gözün ətrafındakı dəri solğunlaşır, nazilir və qırış toru ilə örtülür.

Ultrabənövşəyi şüalar

Hədsiz çox günəş işığına məruz qalma dəriyə və ümumiyyətlə sağlamlığa mənfi təsir göstərə bilir. Günəşdən yayılan ultrabənövşəyi şüa kollagen liflərini əhəmiyyətli dərəcədə məhv edə bilər ki, nəticədə dəri özünü bərpa edə bilmək bacarığından məhrum olur.

Digər tərəfdən günəş işığının təsiri bədənimizin sağlamlığını qorumaq üçün zəruridir. Odur ki, günəş prosedurları uzunmüddətlı olmamalı və vaxta məhdudiyyət qoyulmalıdır. Bayıra çıxmazdan qabaq günəşdən qoruyan kremlərdəm istifadə edin. 

Düzgün olmayan hidrasiya

Yanlış hidrasiya, gözlər altındakı qırışların həddən artıq yaranmasının və bədənin digər hissələrində hər hansı bir qırışın meydana gəlməsinin əsas səbəblərindən biridir. Dərimiz və bədənimiz hüceyrələrin və orqanların düzgün işləyə bilməsi üçün hər gün kifayət qədər maye tələb edir. 

Dəridə nəm olmaması, digər məlum amillərdən daha çox sayda qırış meydana gəlməsinə səbəb olur. Hər gün ən azı 2 litr təmiz su istifadə etmək lazımdır. Bu miqdarı gün boyu bərabər həcmdə bölüşdürmək heç də çətin deyil. 

Qeyri-düzgün qidalanma 

Düzgün qidalanmamaq da gözlər altındakı qırışların yaranmasında mühüm rol oynayır. Vücudunuzu orqanizm üçün lazım olan hər şeylə təmin etmək üçün çox sayda tərəvəz, meyvə, qoz-fındıq yemək lazımdır. Əlavə olaraq ət məhsullarından imtina etməli və bişmiş qidalar isə təzə olmalıdır.

Özünüzün bilmədiyiniz təzə üzvi qida, dükan rəflərində yatan və hər gün keçdikcə qida dəyərini itirən fast food və ya dondurulmuş qidalardan daha çox enerji verərək yaxşı qidalanmağa kömək edir.

Bunlar yalnız gözlər altındakı qırışların səbəbləri və onların meydana gəlməsinin qarşısını almaq üçün görülməsi lazım olan tədbirlərin bəziləridir. Unutmaq olmaz ki, evdə edilən maskalar, xüsusi üz kremləri istifadə etmək kimi əlavə üsullar dərinin vəziyyətini yaxşılaşdırmağa və qırışları az nəzərə çarpan hala gətirməyə kömək edir. Ümumiyyətlə, həmişə profilaktika, müalicədən daha təsirlidir.

 

Mənbə: www.zhenskoeschastie.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR