Dərc edildi: Baxış sayı: 504
Göygöl rayonunda taxıl biçini başa çatıb
Göygöl rayonunun taxıl zəmilərində 2018-ci ilin məhsulu üçün 7 min 632,2 hektar sahədə biçin aparılıb, 19 min 724,3 ton məsul toplanıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, biçin aparılmış sahələrin 5 min 548,6 hektarını buğda, 2 min 83,6 hektarını isə arpa təşkil edib.
Toplanmış məhsulun 14 min 616,7 tonu buğda, 5 min 107,6 tonu arpa olub.
Cari ildə rayon üzrə taxılın məhsuldarlığı hər hektardan 25,8 sentner təşkil edib. Bu il üçün hər hektardan 26,3 sentner buğda, 24,5 sentner arpa yığılıb.
Beləliklə, rayonda bu ilin məhsuldarlığı keçən ilə nisbətən hər hektardan 2,26 sentner çox olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət