Dərc edildi: Baxış sayı: 388
Göygöl rayonunda qanvermə aksiyasında 70 donor iştirak edib
Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə növbəti qanvermə aksiyası Göygöl rayonunda keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada 70 donor iştirak edib.
Əldə edilən qan və qan komponentləri laborator müayinələrdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət