Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Göyərtilərin naməlum faydaları

Göyərtilərin naməlum faydaları
Sakura

Göyərtilərin naməlum faydaları

Hamı bilir ki, göyərtilər çox faydalıdır. Lakin onların əsl müalicəvi xüsusiyyətləri haqqında çoxlarımızın xəbəri yoxdur. Saglamolun.az sizə göyərtilərin müalicəvi xüsusiyyətlərini təqdim edir.

Reyhan - qan dövranını yaxşılaşdırır, nəfəs yollarını təmizləyir, qanda şəkərin səviyyəsini tənzimləyir, orqanizmi sərbəst radikalların təsirindən qoruyur, iltihabəleyhinə və qurdqovucu təsirə malikdir.

Kərəviz - orqanizmi onkoloji xəstəliklərdən qoruyur, göbələk və mikrobəleyhinə təsirə malikdir, həzm və mübadilə prosesləri yaxşılaşdırır, böyrəkləri təmizləyir, ürək-damar sistemi üçün faydalıdır.

 

Şüyüd - həzm sistemi üçün olduqca faydalıdır, qanda şəkərin və xolesterinin səviyyəsini tənzimləyir. Son elmi araşdırmalar sübut edib ki, şüyüd və onun toxumları güclü xərçəngəleyhinə təsirə malikdir.

Yaşıl soğan - antiseptik və iltihabəleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, güclü afrodiziakdır (cinsi həvəsi artırır).

Cəfəri - böyrəklər və qan sistemi üçün çox faydalıdır, xərçəngəleyhinə təsirə malikdir.

Vəzəri - qan üçün çox faydalıdır, qan xərçənginin inkişafının qarşısını alır.

Keşniş -  güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətlərə malikdir, ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir.

İspanaq - qanın tərkibinə müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısnı alır, tərkibində fol turşusunun olduğuna görə hamilə qadınlar üçün faydalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR