Slimfit
  1. TƏBİƏT

Göyərçin, sərçə və qarğalar harada yatırlar?

Göyərçin, sərçə və qarğalar harada yatırlar?
Sakura

Bu quşlar üçün ağaclar əsla cəlbedici deyil

Müasir şəhər mühitini göyərçinlər, sərçələr və qarğalar olmadan təsəvvür etmək olmur. Gün ərzində bu quşlar sanki hər yerdə görünür. Ağaclara və məftillərə qonurlar, hər çörək qırıntısı üçün mübarizə aparırlar, əl-ayağa dolaşırlar. Bir sözlə quşlar şəhər fonunun üzvi bir hissəsinə çevriliblər. Bəs onlar gecələr hara gedirlər? Axı, gün batandan sonra bayıra çıxsan, bir quş səsi eşitməzsən. Gecəni harada keçirirlər? Axı, bizim mühit deyəsən, quşlar üçün elə də uyğun deyil.

Quşların yuxusu 

Quşlarda yuxu, əksər yarımkürəli məməlilərdən fərqli olaraq elə də  dərin deyil. Bunun hesabına onlar uçduqları vaxt belə yata bilərlər. Məsələn, freqatlar və uzunqanadlar belə qabiliyyətlərini tədqiqatçılara nümayiş etdiriblər. Düzdür, birincilər yenə də bəzən adi qaydada yatıb yuxularını alırlar. Ancaq uzunqanadlar 200 gün ərzində yerə ümumiyyətlə enməyə bilirlər. Əslində, onlat yer səthinə yalnız balalarına görə enirlər.

Göyərçinlər harada yatır?

Göyərçinlərin yuxusu maraqlıdır: bu gün bu quşlar o qədər çoxdur ki, onlar daha böyük sürülər meydana gətirirlər. Hamısının harada gizlənə biləcəyi çox aydın deyil. Əslində yerlər var: göyərçinlər binalarda, çardaqlarda, kornizlərdə, təsərrqfat obyektlərinin yuxarı hissəsinə üstünlük verirlər. Onları bəzən parklarda tapmaq olar, lakin belə hal olduqca nadir hallarda olur. Bu quşlar üçün ağaclar əsla cəlbedici deyil: orada onlar narahatdırlar.

Sərçələr harada gecələyirlər?

Sərçələr də çardaqları sevirlər, lakin şəhər şəraitində bu quşlar nadir hallarda sığınacaqlarını göyərçinlərlə bölüşürlər, çünki ikincilər yerlərini qoruyurlar. Sərçələr ağac budaqlarında, sığırçın yuvalarında yata bilərlər. Dövri olaraq, digər quşların yuvalarını istirahət üçün ələ keçirir və ya özlərininkində qalırlar, lakin nadir hallarda və əsasən bala çıxarma dövründə bunu edirlər. Böyüdükdən sonra quşlar yuvaları tərk edirlər: yuva çox kirli olmağa başlayır, odur ki, rahat olmur. Bundan əlavə, belə konstruksiyanı  tez-tez balaların özləri qırır.

Qarğalar harda yatır?

Qarğalar, mümkün olduqca gecəni meşə zolaqlarında keçirməyə üstünlük verirlər. Digər hallarda, ağacın  başında, bir qayda olataq, ən yuxarı hissəsində yatırlar. Üstəlik, quşlar yatanda, sonradan uçmaq üçün onlara əlverişli olan sevimli ağaclarını seçirlər. Oradan görünüş yaxşı olmalıdır.

Şəhər şəraitində, qarğalar da gecəni məftillərin üzərində, əgər göyərçinlərdən azad bir yer tapsalar çardaqlarda keçirirlər. Təsərrüfat obyektləri onları ds cəlb edir. Əsas odur ki, həmin yer sakit, küləksiz və təhlükəsiz olsun. Əlbəttə ki, qarğanın özü baxımından.

*

Əvvəllər sərçələr, qarğalar və göyərçinlər gecəni oyuqlarda, ağaclarda, yuvalarda keçirirdilər. İnsan onların da həyatına müdaxilə etdi, adət edilmiş yaşama mühitini dəyişdirdi. İndi qarğa köhnə bir kabeldən asılı qalaraq olduqca sakit  şəkildə yuxuya gedə bilər. Və bəzən daha qəribə uyğunlaşma nümunələri ortaya çıxır: quşlar üçün köhnə fənərlər, poçt qutuları və hətta tərk edilmiş avtomobillər sevimli yerə çevrilir. Ancaq bütün hallarda gecələr bizim yanımızda yatırlar.

Mənbə: zen.yandex.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR