Göyəmin insan orqanizmi üçün təsirləri
Bir vaxtlar xəstəliklərlə müalicədə təbii vasitələrdən – bitkilərdən istifadə olunurdu, apteklərin, dərmanların sayı bu qədər çox deyildi, insanlar da indikindən qat-qat sağlam idilər. Lakin zaman keçdikcə ya insanlar tənbəlləşdilər, ya da biz “müasirləşdik” deyə zəmanə ilə uyğunlaşdıq və indi alternativ tibb dediyimiz türkəçarədən bir müddət uzaqlaşdıq.
Apteklərdən alıb udduğumuz dərmanlar bir çox hallarda xəstəliyə yaxşı təsir etmir, insanlar da bundan narazı qalır deyə, tədricən türkəçarə üsullarına maraq göstərənlərin də sayı artır. Yəqin elə buna görədir ki, Bakıda türkaçarə üsulu ilə müalicə təklif edən mağazaların da sayı çoxalır və müştəri qıtlığı yaşamırlar.
İnsan orqanizmi üçün faydalı olan meyvələrdən çox istifadə etməməyimizin bir səbəbi də onların əhəmiyyətindən xəbərsiz olmağımızdır. Halbuki onların tərkibində insan üçün faydalı olan nə qədər maddələr var, yarpağı da, mürəbbəsi də çox xeyirlidir.
Meyvəsindən dadlı mürəbbə, cem və kompot hazırlanan göyəmin insan orqanizmi üçün faydalarını təqdim edirik.
1. Yarpağında C və E vitamini var.
2. Sidikqovucudur.
3. İshalın qarşısını alır.
4. Ürək bulanmasının, qusmanın qarşısını alır.
5. Maddələr mübadiləsini nizamlayır.
6. Əsəb sistemini sakitləşdirir.
7. Göyəmin güllərindən və yarpaqlarından müalicəvi çay hazırlanır.
8. Göyəmin meyvələri damarları möhkəmləndirir.
9. Göyəm orqanizmə möhkəmləndirici təsir göstərir.
10. Sinir sistemini sakitləşdirir.
11. Qəbizliyi aradan qaldırır.
12. Göyəm qara ciyərə faydalıdır.
13. Böyrəklərə xeyirlidir.
14. İltihab əleyhinə təsirə malikdir.
15. Bəlğəmgətirici, antibakterial təsirə malikdir.
16. Göyəm çiçəklərinin dəmləməsi dəri xəstəliklərini sağaldır.
17. Şirəsi sarılıq əlamətlərini aradan qaldırır.
18. Göyəm çiçəyinin dəmləməsi təzyiqi aşağı salır.
19. Göyəm mikrob əleyhinə təsirə malikdir.
20. Gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, yorğunluğunu azaldır.
21. Qabığının və köklərinin həlimi həzm prosesini yaxşılaşdırır.
22. Göyəm çiçəkləri dəmlənib içiləndə dəridəki səpkiləri aradan qaldırır.
Mənbə: Gəncailə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət