Slimfit
  1. AZƏRBAYCAN

Göyçə-Zəngəzur-İrəvanla bağlı yeni layihə

Göyçə-Zəngəzur-İrəvanla bağlı yeni layihə
Sakura

Göyçə-Zəngəzur-İrəvanla bağlı yeni layihə

Uzun illərdir ki, erməni təbliğat maşını Azərbaycanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarımızla, həmçinin tarixi torpaqlarımız olan Göyçə, Zəngəzur, İrəvanla bağlı dünyaya yalanlar sırıyır. Hətta mətbəximizi belə öz adlarına çıxmağa cəhdlər edirlər.

 İlham Əliyev YAP-ın son qurultayındakı nitqində Azərbaycanın indiki Ermənistan ərazisinə qatılan tarixi torpaqları barədə də danışıb. Ölkə başçısı deyib ki, bu tarixi torpaqlar unudulmamalıdır. Sitat: “Və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

 “Cumhuriyyət İli”ndə bu çağırış xüsusi önəm kəsb edir. Prezidentin vurğuladığı, xüsusi diqqət ayırdığı, çağırış etdiyi bu məsələ ilə bağlı “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Prezident Yanında Qeyri Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Göyçə, Zəngəzur, İrəvan – Azərbaycanın tarixi torpaqları və mədəni irsimiz” – mətbuatda və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə icra edir.

 Layihənin rəhbəri Elşad Məmmədli bildirib layihə çərçivəsində Göyçə, Zəngəzur, İrəvan haqda tarixi bilgilər, mədəni irsə dair faktlar toplanaraq mümkün vasitələrdən istifadə etməklə, yerli və beynəlxalq ictimaiyyətə mərhələli şəkildə təqdim olunur.

 İlkin olaraq Göyçə, onun tarixi, tarixi yurdumuzun Ermənistana verilməsi haqda müəyyən bilgiləri təqdim edilir.

 Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb. ( Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu).

 Bu mahalın Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Ciyil, Şorca kimi məşhur və böyük kəndləri var idi. Böyük otlaqları, yaylaları olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub.

 Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustadlar, saz-söz sənətkarlarını bəxş edib.

 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olub. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana verib.

 Göyçə mahalı ən qədim Azərbaycan ərazilərindəndir. İrsimizi, qədim tarixmizi əks etdirən "Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin tərənnümü və izidir.

 Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı.

 Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşıdır. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətində də əksini tapıb, naxış-kompozisiyalarda həkk olunub.

 İrəvan ərazisindəki dilbər guşələrdən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalı idi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng al-əlvan xalçalar ərsəyə gətirmiş, həmin nümunələr bu günə qədər gəlib çatıb.

 Göycə mahalının kəndləri:

 - Bığlı Hüseyn, Zeynalağalı, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılcıq (Əbulkəndi), Noradüz, Qışlaq, Kəvər, Qul Əli, Kosa Məmməd, Paşakəndi, Dəliqardaş, Küzəcik, Başkənd, Heyranıs, Atamxan, Vəliağalı, Təzəkənd, Dəlikdaş, Göl, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdülağalı, Gözəldərə, Ağqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Kolanlıqırılan, Alçalı, Qarasaqqalqışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basarkeçər, Qoşabulaq, Aşağı Keyti (Salman kəndi), Baş Keyti, Ellicə, Daşkənd, Daş Keyti, Tatlı Qışlağı, Zərzibil, Zod, Ağyoxuş, Əyricə, Böyük Məzrə, Kiçik Məzrə, Kəsəmən, Şişqaya, Cil, Ardanış, Adatəpə, Şor Əli, Ağbulaq, Toxluca, Əzizli (Qaraqoyunlu), Nərimanlı

 (1829-1832-ci illərdə İ.Şopen tərəfindən aparılmış siyahıyaalınmanın nəticələrinə əsasən tərtib edilmiş siyahısı üzrə)

 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göycə ərazisində dağıdılmış kəndlərin siyahısı:

 - Buğdatəpə, Hacımumuxan, Allahverdibəy, Üçtəpə, Kərimkənd, Yuxarı Altuntaxt, Aşağı Altuntaxt, Dəmirçi Poğos, Əyricə, Atdaş, Axsaxtovuz, Karvansaray, Qasımbaşı, Mədinə, Baş Gözəldərə, Xancığazoğlu, Qızılkilsə, Böyükağa, Ağkilsə, Göyçə, Sultanəli, Sətənağac, Karvansaray, Əyricə, Kərimkənd, Dəli Harutyun, Qəməsar.

Mənbə: Faktxeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR