Slimfit
  1. MARAQLI

Göyçayda yetişdirilən hind narı ilə tanış olun

Göyçayda yetişdirilən hind narı ilə tanış olun
Sakura

Göyçayda yetişdirilən hind narı ilə tanış olun

Azərbaycanda ilk dəfə olaraq hind narını yetişdirən Göyçay şəhər sakini Rafiq Xəlilov olub.

Onun oğlu Natiq Xəlilov Oxu.Az-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, nar bir çox xəstəliklərin dərmanıdır. Dünyada hind narı kimi tanınan, türklərin “Qüdrət narı” adlandırdığı yeni sort da bunlardan biridir.

N.Xəlilov qeyd edib ki, narın toxumları Hindistandan gətirilib. Toxumlar əvvəlcə xüsusi qablarda yetişdirilib, sonra əldə olunan şitillər bağ torpağına köçürülüb.

Başqa sortlarla müqayisədə tez yetişən hind narı qeyri-adi görünüşə, dada və rəngə malikdir. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən böyükdür.

Xatırladaq ki, hind narı bir neçə dəfə Göyçayda keçirilən nar bayramında nümayiş etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR