Slimfit
  1. CƏMİYYƏT

Göyçayda heyvanlar arasında ciddi xəstəlik yayılıb

Göyçayda heyvanlar arasında ciddi xəstəlik yayılıb
Sakura

Göyçayda heyvanlar arasında ciddi xəstəlik yayılıb

Göyçayda itlər və inəklər arasında xəstəlik yayılıb. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yekəxana kəndində baş verib. Belə ki, kənd sakinlərinin sözlərinə görə, xəstəliyə yoluxan itlər bir gün sonra tələf olur. Eyni problem inəklər arasında da ölümlə nəticələnir. Fermerlər deyir ki, xəstə inəklərə tibbi yardım göstərilməsinə baxmayaraq, onları sağaltmaq mümkün olmur. Sakinlər deyir ki, hər il Yekəxana kəndində vətəndaşlar arasında da bir neçə nəfər bruselyoz xəstəliyinə yoluxur. Bu il yaz ayında bir nəfər quduz it dişləmə səbəbindən ölüb.

Analoji hal rayonun Bığır kəndində də mövcuddur. Vətəndaşlara məxsus fərdi təssərüfatda iri buynuzlu inəklər arasında olan xəstəlik sakinləri çətin duruma salıb.

Hadisə ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib və qurum tərəfindən kəndlərə əməkdaşlar göndərilib.

Rəşad Mikayılov


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR