Slimfit
  1. MEDİA

Göyçay, Kürdəmir və ucar rayonlarında vətəndaş qəbulu keçirilib

Göyçay, Kürdəmir və ucar rayonlarında vətəndaş qəbulu keçirilib
Sakura

Göyçay, Kürdəmir və ucar rayonlarında vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 21 fevral 2020-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Göyçay rayonunda sakinlərlə görüşüb. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov və Cahid Hüseynov isə Kürdəmir və Ucar rayonlarında sakinlərin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra baş direktor R.Əliyev mətbuat nümayəndələri üçün açıqlama verib. Müsahibədə “Azəriqaz” İstehsalat Birliyində aparılan struktur islahatlarından və yeni sayğac qutularının hazırlanması layihəsindən söz açılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR