Dərc edildi: Baxış sayı: 695
Görmə məhdudiyyətli insanlar üçün xüsusi eynək hazırlanıb
Xeberler.az bildirir ki, amerikalı alimlər görmə zəifliyindən əziyyət çəkən insanlara kömək etmək məqsədilə genişlənmiş reallıq eynəkləri hazırlayıblar. Tədqiqatçılar bu eynəklər vasitəsilə retinit piqmentozu kimi göz xəstəliyindən əziyyət çəkən pasientlərdə hərəkətliliyin 50%, məhsuldarlığın isə 70% yaxşılaşacağını müəyyənləşdiriblər.
Mütəxəssislər bildirirlər ki, eynək, həmçinin məhdud periferik görmə qabiliyyəti olan insanlara çətin mühitləri şərh etməyə kömək edən vizual rəng siqnalları verir. O, zəif işıqlandırılan yerlərdə maneələrin qarşısını alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət