Dərc edildi: Baxış sayı: 271
“Google”un Rusiyadakı şirkəti müflis elan edildi
Moskva Arbitraj Məhkəməsi “Google”un Rusiyadakı törəmə şirkəti “Google” MMC-ni müflis elan edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Rusiyadakı törəmə şirkətin müvəqqəti rəhbəri Valeri Talyarovski bildirib ki, hazırda şirkətin kreditorlarının tələb etdikləri məbləğ təxminən 53,6 milyard rubl (936 milyon 970 min 880 manat) təşkil edir.
Mənbə: “Rossiyskaya qazeta”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət