Slimfit
  1. MARAQLI

“Google” və internet erasından əvvəl insanlar nələri və necə axtarırdılar

“Google” və internet erasından əvvəl insanlar nələri və necə axtarırdılar
Sakura

“Google” və internet erasından əvvəl insanlar nələri və necə axtarırdılar

“Google” olmayanda insanları daha çox hansı suallara cavab maraqlandırırdı? Nyu York ictimai kitabxanası internet və “Google” erasından əvvəl insanları ən çox maraqlandıran sualları nəşr edib.

Bizimyol.info xəbər verir ki, kitabxana bu kitabda əsasən 1940-80-ci illərdəki sualları toplayıb. İnsanlar ən çox din haqqında soruşurlarmış. Məsələn, 1964-cü ildə Pettevey soyadlı adam “İsa peyğəmbər ilk dəfə insanlar arasında nə vaxt görünüb?” sualını verib. Başqa oxucuları maraqlandıran məsələlər də çox qəribədir. Oxuculardan biri kitabxanaya zəng vuraraq soruşub ki, Adəmlə Həvvanın cənnətdə yediyi alma hansı növdən idi. Hətta “İncil” ilə bağlı müəllif hüququ haqda sual verən də olub.

Kitabxanaçıların yazdığına görə, bəzi oxucular lap çox şeylərlə maraqlanırmış. Yəni bir oxucu kitabxanaçıların üstünə xeyli sualla gəlirmiş. 1947-ci iyunun 6-da kitabxanaya gələn oxucu ardıcıl çoxlu suallar veribmiş. Onların arasında Adolf Hitlerin fiziki xarakteristikası, qadınların məməlilər sinfinə aid olub-olmaması haqqında soruşulması xüsusi diqqət çəkib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR