Google təhlükədə: Apple öz axtarış sistemini quracaq
Yaxın gələcəkdə dünyada Apple tərəfindən maliyyələşdirilən böyük axtarış sistemi təqdim oluna bilər. Yeni sistem Google'un birbaşa rəqibi olacaq və şirkətin dünyadakı monopoliyasın yerindən oynadacaq.
Apple yaxın gələcək üçün öz universal axtarış sistemini işə sala bilər. CoyWolf resursuna görə, xidmət, bütün internetdə axtarış aparacaq və yarandığı bazarda Apple-ı Google-a birbaşa rəqib edəcək.
Milli.Az techland.az-a istinadən bildirir ki, CoyWolf'dan Jon Henshaw yazır ki, bir neçə amil Apple'ın öz axtarış xidmətinin açılmasının mümkünlüyünə işarə edir. Bunlardan biri Apple-ın dünyanın ən qiymətli şirkət olmasıdır. 2020-ci ilin avqustunda Apple-ın kapitallaşması 2 trilyon dollar həddini keçib.
Hal-hazırda, Google Apple üçün əlavə qazanc mənbəyidir - iOS, iPadOS və macOS üçün Safari brauzerində stardart axtarış sistemi olduğuna görə ondan milyardlarla dollar gəlir əldə edir. Belə ki, Business Insider-ə görə, axtarış sisteminin iOS-da istifadəsinə görə Google hər il Apple-a 9 milyard dollar ödəyir.
Ancaq Apple artıq Google ilə müqaviləsini ləğv etməyi düşünür. CNews-un bildirdiyinə görə, hətta 2014-cü ilin sonunda öz axtarış motoru Bing ya da Yahoo ilə birlikdə Microsoft ilə oxşar müqavilə bağlamağı düşünürdü.
Apple axtarış motoru, Henshaw'ın fikrincə, Google, Bing və DuckDuckGo kimi müasir axtarış motorlarından bir qədər fərqli olacaq. Dəqiq təqdimat tarixi isə hələ bəlli deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət