Slimfit
  1. TEXNOLOGİYA

“Google” süni zəkası qoxuları tanıya bilir

“Google” süni zəkası qoxuları tanıya bilir
Sakura

“Google” süni zəkası qoxuları tanıya bilir

Yaradılmış sistem molekul əsasında qoxuları tanıyır, amma bunun üzərində görüləcək işlər hələ çoxdur.

On illiklər ərzində ətriyyatçılar və alimlər molekul quruluşu ilə onun qoxusu arasındakı əlaqənin səbəbini müəyyən etməyə çalışıblar.

Araşdırmaçılar ətriyyatçılar tərəfindən fərdiləşdirilmiş təxminən 5000 molekul-dan məlumatlar əldə ediblər. Ətriyyatçılar həmin molekulları “yağlı”, “tropik” və ya “yüngül” kimi təsvirlərlə qeyd ediblər. Bu məlumatlar toplusunun təxminən üçdə ikisi neyron şəbəkələr əsasında süni zəkanın öyrənilməsi üçün istifadə edilib. Belə ki, neyron şəbəkələrin işi əldə edilən təsvirlərlə molekullar arasındakı əlaqəni müəyyən etmək idi. Sonra araşdırmaçılar qalan ətriləri yoxlama üçün istifadə ediblər. Və bu işə yarayıb. Sistem molekul qoxularını onların strukturuna əsasən müəyyən edə bilib.

Bəzən molekullar eyni atom və əlaqəyə malik olurlar, amma onların güzgülü yerləşməsinə görə fərqli qoxuları olur. Buna görə də  iki insan eyni qoxunu fərqli təsvir edə bilər, məsələn, “odun” və ya “torpaq” qoxuları.

Mənbə: bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR