Slimfit
  1. TEXNOLOGİYA

“Google” sosial şəbəkəsində tezliklə istifadəçilərin hesabları bağlanacaq

“Google” sosial şəbəkəsində tezliklə istifadəçilərin hesabları bağlanacaq
Sakura

“Google” sosial şəbəkəsində tezliklə istifadəçilərin hesabları bağlanacaq

“Google” şirkəti xüsusi dəstək səhifəsində “Google+” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib. Bu haqda hələ ötən ilin oktyabrında bildirilmişdi, indi isə daha ətraflı məlumat verilib.
 
ICTnews” Elektron Xidməti “ixbt.com” saytına istinadən yazır ki, aprelin 2-dən “Google+” sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. “Google+” hesabı bağlandıqdan sonra şəkillər “Google Photos” xidmətindən yoxa çıxmayacaq.
 
Fevralın 4-dən isə “Google+” şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq. Yaxın həftələr ərzində “Google+” xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində “Google”un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək.
 
“Google” sosial şəbəkəsi uğursuz layihə olaraq populyarlıq qazanmadı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR