Slimfit
  1. TEXNOLOGİYA

“Google” şirkətinə Torontoda “ağıllı” rayon salınmasına icazə verilib

“Google” şirkətinə Torontoda “ağıllı” rayon salınmasına icazə verilib
Sakura
:0

“Google” şirkətinə Torontoda “ağıllı” rayon salınmasına icazə verilib

Sidewalk Labs şirkətinin Torontoda “ağıllı” şəhərin salınması ilə bağlı planları gerçəkləşə bilər.

Qeyd edək ki, Sidewalk Labs şirkəti 2015-ci ildə Google tərəfindən məhz bu layihə üçün yaradılıb.

Waterfront Toronto qrupu şəhər sakinləri adından layihəyə nəzarətdə cavabdehlik daşıyırlar və  yekdilliklə layihənin davam etdirilməsinə görə səs veriblər. Amma bəzi şərtlər də qoyublar.

Layihə lap əvvəldən mübahisələrə səbəb olub. Sidewalk Labs şirkəti Torontoda 190 akr (0,7 kv. km.) ərazidə “ağıllı” rayon salmaq istəyib, amma cəmi 12 akr üçün icazəsi olub. O, həmçinin, bütün şəhərdən datçiklərlə əldə edilmiş məlumatlara nəzarət qrupu da yaratmaq istəyib, amma bu da qəbul edilməyib.

Sidewalk Labs şirkətində bildiriblər ki, onlar Waterfront Toronto-nun direktorlar şurasının bugünkü qərarından fərəhlənirlər və  onlarla tənqidi məsələlərdə razılığa gəldiklərinə görə şaddırlar.

Layihənin qəbul edilməsi üçün yekun səsvermə 2020-ci ilin martına təyin olunub.

Mənbə: bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR