Slimfit
  1. TEXNOLOGİYA

“Google” qırx dilə tərcümə edən qulaqlıqlar təqdim edib

“Google” qırx dilə tərcümə edən qulaqlıqlar təqdim edib
Sakura

“Google” qırx dilə tərcümə edən qulaqlıqlar təqdim edib

“Google” şirkəti nitqi real vaxt rejimində tərcümə edən “Pixel Buds” simsiz qulaqlıqlarını təqdim edib. Sahibinə əcnəbilərlə ünsiyyət qurmağa kömək edən qulaqlıqlar 40 dilə tərcüməni həyata keçirə biləcək. Bu funksiya yalnız qulaqlıqlar “Bluetooth-interfeys” vasitəsilə “Google Pixel 2” smartfonuna qoşulduqda əlçatan olur.

AZƏRTAC nanonewsnet.ru saytına istinadla xəbər verir ki, səs köməkçisindən istifadə etmək üçün sağ qulaqlıqda olan sensora toxunmaq və “Google Assistant”ın işə düşməsini gözləmək lazımdır. Bundan sonra “Google Assistant”a musiqini qoşmaq, yol göstərmək, zəng vurmaq kimi bir çox əmrlər vermək olar. İstifadəçi “mənə yapon dilində danışmağa kömək et” dedikdə və ingilis dilində danışmağa başladıqda smartfonun səsgücləndiricisi onun sözlərini yapon dilində səsləndirəcək. Həmsöhbətin tərcümə edilmiş cavabı isə qulaqlıqlarda eşidiləcək.

Şirkət nümayəndələri aksesuarı nümayiş etdirdikdə tərcümə zamanı heç bir ləngimə müşahidə olunmayıb. Lakin hələlik qulaqlıqların real şəraitdə (fondakı səs-küy və digər çətinliklər zamanı) necə işləyəcəyi məlum deyil.

Artıq “Google” mağazasının veb-saytında “Pixel Buds” simsiz qulaqlıqlarını sifariş etmək mümkündür. Noyabrda satışa çıxarılacaq qulaqlıqların qiyməti 159 ABŞ dollarıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR