Slimfit
  1. TEXNOLOGİYA

Google möcüzələr yaratdı – bəs özü necə yarandı?

Google möcüzələr yaratdı – bəs özü necə yarandı?
Sakura

Google möcüzələr yaratdı – bəs özü necə yarandı?

Bu gün dünyanın ən böyük internet-axtarış sistemi – Google-un yaradıldığı gündür.

TED.az xəbər verir ki, 1998-ci il sentyabrın 27-də rəsmi fəaliyyətə başlayan şirkətin tarixi bir neçə il əvvələ gedib çıxır.

Google-un yaradılması prosesinə 1996-cı ilin yanvar ayından başlanıb. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələr Larri Peyc və Sergey Brin tədqiqat lahiyəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni sayt axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi. Onlar başlanğıcda BackRub adlı axtarış sistemi üzərində çalışmağa başlayıblar. Məqsədləri iri məlumat bazası olan interneti daha asan axtarış platformasına çevrimək idi. Bunun üçün yeni bir texnologiya yaratdılar. Bu texnologiya interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Yeni texnologiyaya PageRank adı verilmişdi. Bu sistemə görə səhifə məlumatlarının orijinal sayt ilə bağlantıları tapılaraq, onlara edilən müraciətə görə sıralanırdı.

 

Larri və Sergey bu sistemi inkişaf etdirmək üçün Yahoo şirkətinin qurucusu Devid Filoya müraciət edirlər. Filo onların yeni texnologiyasının əhəmiyyətini təqdir edir. Lakin dostların Devidden yardım almaq planları baş tutmur. Digər internet portallarının rəhbərləri ilə də danışıqlar nəticəsiz qalır.

Bu uğursuz səylərdən sonra Sergey və Larri öz bizneslərini qurmaq qərarına gəlirlər. Bunun üçün müəyyən sərmayə tələb olunurdu. Onlar tezliklə biznes plan hazırlayırlar. İlk müraciət etdikləri şəxs Sun Microsystems şirkətinin qurucusu Endi Bextolşaym olur. O, uzaqgörən olduğundan Google sisteminin gələcəyi və perspektivləri onda ciddi təəssürat oyadır. O, dərhal Google.İnc şirkətinin adına 100 min ABŞ dolları məbləğində çek yazır. Ancaq bu adda şirkət mövcud deyildi. Sergeylə Larrinin ilk işi bu şirkəti qeydiyyatdan keçirmək olur. Daha sonra onlar öz qohum, dost və tanışları arasında investor arayışların davam etdirərək 1 milyon dollara yaxın pul tapmağa nail olurlar.

1998-ci ildə Google.İnc şirkəti rəsmi şəkildə fəaliyyət göstərməyə başlayır.

Şirkətin qapıları məsafədən idarə olunan pultla açılıb bağlanırdı. Çünki Google-ın ofisi adi bir qarajda yerləşirdi…

Hazırda Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı, onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edən şirkət dünyadakı məlumat mərkəzlərində bir milyondan çox serverdə işləyir. Həmçinin bir milyarddan çox axtarış istəyini yerinə yetirir.

Şirkət Gmail elektron poçt, Google Chrome veb-brauzeri xidməti də göstərir, Android əməliyyat sisteminin inkişafında böyük rol oynayıb.

Alexa google.com-u internetdə ən çox ziyarət edilən veb-sayt olaraq göstərir.

Google 2001-ci ildən sonra xeyli kiçik şirkət almağa başlayıb. 2004-cü ildə aldığı bu tip şirkətlərdən biri Keyhole idi. Bu şirkət Earth Viewer adlı xidmət yaratmışdı və bu xidmətlə istifadəçilərə dünyanın 3D görüntüsü göstərilirdi. Google bu xidmətin adını 2005-ci ildə Google Earth olaraq dəyişdirdi. Şirkət 2006-ci ildə isə YouTube-u 1,65 milyard dollara aldı.

2008-ci ildə Google və GeoEye Google Earth-ə yüksək keyfiyyətli (0.41 m monochrome, 1.65 m rəngli) görüntü vermək üçün peyk inşa etmək barədə razılığa gəldi. Peyk Vadenberq aviabazasından 6 sentyabr 2008-ci ildə fəzaya buraxıldı.

Bu gün Google-ın yaradılmasının 21-ci ildönümü qeyd edən Larri və Sergey görəsən insanları daha hansı yenilikləri ilə təəccübləndirməyi bacaracaq? Bu suala cavab tapmaq o qədər də asan deyil. 
Hər halda Google riyazi termindir. 1 rəqəminin arxasındakı 100 sıfırı ifadə edir. Bununla təqdim etdikləri texnologiyaların sonsuz imkanlara malik olduğuna işarə edən şirkətdən yeniliklər gözləməyə dəyər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR