Slimfit
  1. DÜNYA

Google kvant kompüteri ilə öyünür - 10 min illik hesablamanı 200 saniyədə aparır

Google kvant kompüteri ilə öyünür - 10 min illik hesablamanı 200 saniyədə aparır
Sakura

Google kvant kompüteri ilə öyünür - 10 min illik hesablamanı 200 saniyədə aparır

Texnologiya nəhəngi Google kuantum üstünlüyə malik kompüter hazırladığını bəyan edib.'Sycamore' adı verilən bu kompüterlər bu günə qədər mövcud olmuş ən sürətli kompüterlər olaraq supersürətli kompüterlərin 10 min ildə həll edə biləcəyi hesablamaların 200 saniyədə bitirəcək. Rəqib şirkət IBM isə Google-nin kompüter əməliyyatlarındakı çətinliklərin şişirtdiyini,sözügedən əməliyyatların yetərli yükləmə və proqrama malik normal kompüterlərlə 2-3 günə həll edilə biləcəyini açıqlayıb.

Google şirkətinin baş mühəndisi Hartmut Neven bu nəticənin illərlə sürən böyük əziiyyətin və yüzlərlə insanın fədakarlığı nəticəsində əldə edildiyini vurğulayaraq. Bu texnologiyanın necə çalışacağının kəşf edilməsinin də yeni bir eranın başlanğıcı olacağını vurğulayıb.

Kvant kompüterlərinin iş prinsipi atomda elektronların müxtəlif səviyyəli enerjilərə malik olma qabiliyyətinə əsaslanır. Kvant kompüterlərinin sürətinin saniyədə 1000 trilyon əməliyyatla ölçülür.

Britaniyadan olan mütəxəssislər tərəfindən yaradılması nəzərdə tutulan, ölçüsünə görə futbol meydançası ilə müqayisə oluna biləcək yeni kvant kompüter, Massaçusets Texnologiya İnstitutunun fizikləri tərəfindən yaradılan beş atomdan ibarət kvant kompüter, “IBM şirkəti tərəfindən təqdim olunan 50 kvant nüvəyə malik ilk kompüter, “D-Wave Systems” şirkətinin istifadəyə verdiyi, məhsuldarlığı ənənəvi kompüterlərin müvafiq göstəricisini 600 dəfə qabaqlayan “D-Wave 2X” kvant kompüteri artıq mövcuddur.

"Financial Times” qeyd edir ki, kvant kompüterlərinin prototipləri hazırda yalnız mövcud olan digər ənənəvi kompüterlərin sxemi üzrə, lakin onlardan daha tez hesablama apara bilirlər. Əsl sensasiya isə onların klassik fizikanın hüdudlarından kənara çıxması ilə baş verəcək.

Kvant nəzəriyyəsi əsaslarının təfsirində "Schrödinger pişiyi" adlı məsəldən tez-tez istifadə olunur.

Həmin məsələnin məğzi çox qısa şəkildə belə təsvir oluna bilər: Qapalı otaqda 50/50-yə ehtimalı ilə çəkic zərbəsinə məruz qalacaq və öldürücü zəhərli maddə ilə dolu olan bir şüşə qabı var, həmin qabın yanında isə bir pişik oturub.

Alman fiziki Erwin Schrödinger-in bu məsələylə bağlı qoyduğu sual belədir: görəsən, otaqdakı pişik ölüdür ya diri?

Klassik fizika üçün burada bir problem olmadığı halda, yəni, qapını açıb pişiyə baxmaqla məsələ həll olunursa, kvant fizikasında pişik eyni zamanda həm ölü, həm də diri sayılır.

Bu məsəl kvant fizikası üçün xarakterik və olduqca vacib olan superpozisiya konsepsiyasının - yəni, hansısa bir obyektin eyni zamanda iki vəziyyətdə mövcudluğu mümkünlüyünün izahı üçün istifadə olunur.

Kvant hesablamalarının üstünlüyünü və potensial imkanlarını digər üsullardan da fərqləndirən məhz superpozisiya prinsipidir.

Standart kompüter prosessorlarında informasiya paketi və ya informasiya biti yalnız bir vəziyyətdə ola bilər: "hə" və ya "yox" vəziyyətində.

Kvant prosessorları isə fərqlidir.

Onlar yalnız "hə" və ya yalnız "yox" daşıyıcıları kimi işləmək əvəzinə, demək olar ki, sürrealist görünə biləcək, eyni anda həm "hə" həm də "yox" statuslu informasiya daşıyıcıları məkanında işləyir.

Kvant informasiyasının bu cür ikili statuslu vəziyyətinə kubit (qubit) deyilir

Nəticədə, kvant prosessorunun hesablama gücü adi standart prosessorlardan ikiqat artıq olmalıdır.

Elmi məqalənin müəlliflərindən biri, Hollandiyanın Delft Texnologiya Universitetindən doktor Tom Watson BBC-yə deyib ki, kvant prosessorlarının kompüter hesablamalarında tətbiqi üçün "kubitlərin sayı minlərlə, bəlkə də, milyonlarla olmalıdır".

Mənbə: bizimyol.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR