Slimfit
  1. TEXNOLOGİYA

“Google” korporasiyası eksperimental şəhər tikəcək

“Google” korporasiyası eksperimental şəhər tikəcək
Sakura

“Google” korporasiyası eksperimental şəhər tikəcək

“Google” korporasiyası şəhər mühitində yüksək texnologiyalı unikal innovativ yaşayış məntəqəsinin inşası ilə məşğul olacaq “Sidewalk Labs” şirkətini təsis edib.

AZƏRTAC xəbər verir ki, korporasiyanın yaydığı məlumata görə, 2001-2008-ci illərdə Nyu-York merinin iqtisadi inkişaf üzrə müavini işləyən şirkət rəhbəri Daniel Doktoroff hazırda ABŞ-ın bir sıra şəhərləri üçün müxtəlif media platformalarının yaradılması üzrə layihələrə rəhbərlik edir.

Eksperimental yaşayış məntəqəsində “Sidewalk Labs” şəhər mühiti sahəsində əhalinin yaşayış keyfiyyətini artırmaqla ekoloji şəraiti yaxşılaşdırmağa imkan verən yüksək texnologiyalı innovasiyalardan istifadəni planlaşdırır. Texnologiyalar təkcə nəqliyyat və infrastruktur deyil, sosial sahə və idarəetmə sistemini də əhatə edəcək.

Bildirilir ki, əvvəlcə şirkət poliqonda olduğu kimi, bütün texnoloji həllərin sınaqdan keçirildiyi kiçik ərazinin inşasını nəzərdə tutur. D.Doktoroffun sözlərinə görə, ərazi sonradan kompleks innovasiya laboratoriyasına çevriləcək bütöv şəhər olacaq. Unikal şəhərin harada inşa ediləcəyi barədə məlumat verilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR