Slimfit
  1. ELM

Google ilk dəfə olaraq kvant kompüterində kimyəvi reaksiyanın modelini hazırlayıb

Google ilk dəfə olaraq kvant kompüterində kimyəvi reaksiyanın modelini hazırlayıb
Sakura

Bu, belə kompüterlərin praktik tətbiqi yolundakı ilk addım adlandırılır.

Google tədqiqatçıları kvant kompüterində kimyəvi reaksiyanı modelləşdiriblər. Bunun, belə kompüterlərin praktik tətbiqi yolunda ilk addım olduğunu iddia edirlər.

Tədqiqatçılar, iki azot və iki hidrogen atomundan ibarət bir diimid molekulunu modelləşdiriblər. Reaksiya zamanı hidrogen atomları azotlu birləşmələr ətrafında müxtəlif konfiqurasiyalarda birləşir.

Əhəmiyyətli olan budur ki, kvant kompüterindəki modelləşdirmənin nəticəsi klassik kompüterlərdəki modelləşdirmə nəticələrinə uyğundur. Modelləşdirmənin 12 kubitdə (kubit - kvant kompüterində informasiyanı saxlamaq üçün ən kiçik elementdir) həyata keçirildiyi bildirilir.

Tədqiqatçılar bu prossesin miqyaslı olduğunu qeyd ediblər. Böyük molekullarda reaksiyaları modelləşdirmək  üçün daha çox kubit istifadə etmək və hesablama üçün kiçik əlavə parametrlər tətbiq etmək lazımdır.

Gələcəkdə alimlər kvant modelləşdirməsindən istifadə edərək yeni kimyəvi maddələr yaratmağa  ümid edirlər.

Mənbə: ferra.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR