Slimfit
  1. TEXNOLOGİYA

Google-da yeni axtarış imkanları yaranacaq

Google-da yeni axtarış imkanları yaranacaq
Sakura

Google Lens funksiyası şəkillər üzrə axtarışı yerinə yetirəcək. 

Google şirkəti dəyişiklikləri elan etdi. Yeni funksiyalardan biri aktivlik kartıdır: istifadəçi keçmişdəki axtarış sorğusunu yenidən həyata keçirdikdə, onda Google axtarış nəticələrində əvvəlki addımları göstərəcək. Hər bir aktivlik kartı əlaqədar axtarış sorğularını və istifadəçinin əvvəllər ziyarət etdiyi bütün əlaqədar səhifələri əks etdirəcək. Aktivlik kartlarını ayarlardan söndürmək olacaq. 

Həmçinin istifadəçilərdə kartlardan axtarış nəticələrini saxlamaq imkanı yaranacaq. Daha bir yenilik Instagram Stories funksiyasına oxşayan tarixçələr olacaq ki, Google onları da axtarış nəticələrində çıxaracaq. Bu funksiya hələlik hər kəs üçün əlçatan deyil.  Həmçinin Google axtarışa mövzu ilə bağlı video çarxları da əlavə edəcək. Şəkil axtarışına Google Lens inteqrasiya olunacaq. Artıq çəkiliş zamanı proqram şəklin daxilindəki bütün obyektləri avtomatik olaraq identifikasiya edəcək.

 

Mənbə: Mport.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR