Google çəki ölçən idman ayaqqabısı üzərində çalışır
Google, sahibinin çəkisini ölçəcək idman ayaqqabısı yaratmaq niyyətindədir. Hal-hazırda, şirkət bu ideyanı tətbiq edə biləcək tərtibatçılar axtarır. Bu haqda CNBC kanalı xəbər verib.
Jurnalistlərin verdiyi məlumata görə, son aylarda Google VerilY şirkətinin əməkdaşları, investorlar ilə xüsusi görüşlərdə yenilikçi ayaqqabıların prototipini təqdim ediblər.
Google layihəsinə görə, insanın hərəkətlərini və çəkisini izləyən sensorlar, ayaqqabıların içərisində qurulacaq.
“Belə ayaqqabılar sağlamlıqla əlaqədar olaraq, geniş istifadə sahəsinə malik olacaqlar. Məsələn, çəkinin artması, gələcəkdə ürək çatışmazlığının əlaməti ola bilə”, – məqalənin müəllifi hesab edir.
Bundan əlavə, sensorlar insanın çəkisinin aşağı düşdüyünü də müəyyən edə biləcəklər. Bu, yaşlı insanlar üçün xüsusilə faydalı ola bilər.
Mənbə: Bizplus.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət