Slimfit
  1. TEXNOLOGİYA

“Google” “Avroviziya-2019”un mümkün qaliblərinin adlarını açıqladı

“Google” “Avroviziya-2019”un mümkün qaliblərinin adlarını açıqladı
Sakura

“Google” “Avroviziya-2019”un mümkün qaliblərinin adlarını açıqladı

“Google” şirkəti istifadəçilərin axtarış sistemində ən çox verdikləri sorğular əsasında  “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin mümkün qaliblərinin reytinqini tərtib edib.   

Bu barədə Oxu.az şirkətin yaydığı press-relizə istinadən məlumat verir.

“Əgər ölkələrə xallar onların təmsilçilərinin digər dövlətlərin sakinləri tərəfindən nə qədər aktiv axtarılmağına əsasən verilsəydi, siz artıq elə bu gün “Google Axtarış”ın istifadəçilərinin versiyasına görə kimin qalib gələcəyini öyrənə bilərsiniz”, - deyə şirkətin relizində bildirilir.

Tərtib olunmuş reytinqə əsasən, qalib olmağa daha çox şansa Fransa təmsilçisi Bilal Hassani malikdir.

İkinci və üçüncü yerlərdə islandiyalı qrup “Hatari” və rusiyalı müğənni Sergey Lazarev qərarlaşıb.

Bundan savayı, ən yaxşıların onluğunda Hollandiya, Belorus, İsveçrə, İtaliya, San-Marino, İsveç və Kipr təmsilçilərinin adları çəkilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR