Dərc edildi: Baxış sayı: 630
Gömrükdə Ermənistana aid məhsullar aşkarlanıb
KİV nümayəndələrinin Dövlət Gömrük Komitəsinin Balakəndə yerləşən "Mazımçay" gömrük postuna səfəri təşkil olunub. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində jurnalistlərə gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan məhsullar göstərilib. Onların arasında Ermənistan istehsalı olan məhsulların da olduğu bildirilib.
"Mazımçay" gömrük postunun rəisi Vüsal Nuriyev bununla bağlı açıqlama verib. O, bildirib ki, Ermənistan istehsalı olan məhsullar ölkəmizə gələn turistlərdən götürülüb.
V.Nuriyevin sözlərinə görə, əcnəbilər bilmədən bu məhsulları ölkəmizə keçirməyə cəhd ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət