Slimfit
  1. İQTİSADİYYAT

“Gömrük sahibkarların belini qırır” – Şahbaz Xuduoğlu

“Gömrük sahibkarların belini qırır” – Şahbaz Xuduoğlu
Sakura

“Gömrük sahibkarların belini qırır” – Şahbaz Xuduoğlu

“Gömrük orqanlarında aparılan islahatlarla işim yox, amma qanunvericilikdə edilən dəyişiklik barədə mən də bir sahibkar kimi fikrimi bildirmək istəyirəm”.

Yeni Sabah” xəbər verir ki, bunu “Qanun” Nıəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib. O, bildirib ki, aparılan islahatların tərkib hissəsi kimi Gömrük məcəlləsinə 113-cü maddə əlavə edilib. Bu maddəyə əsasən ölkəyə gətirilən “mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Bu bəyannamə vaxtında verilmədiyi halda İnzibati xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə min beş yüz manat cərimə ödəyir".

Ş. Xuduoğlu qeyd edib ki, bu Qanun 2019-cu il fevralın 1-dən qüvvəyə minib. Elə həmin tarixdən də xırda və orta sahibkarların beli qırılıb.

“Mən tarixi nadiri oxumuş adam kimi Qısa bəyannamənin nə olduğunu ilk dəfə gördüm. Bundan əvvəl heç zaman qısa bəyannamə deyən bir sənəd görmədim. Bəyannamə bir sənəddir onun qısası, uzunu olmur. Və həmin o Bəyannamə sənədi də yük bura gələndən sonra, yol sənədlərinə əsasən gömrük orqanlarına təqdim edilir. O Bəyannaməni yükdən əvvəl necə təqdim etmək olar?

Yükün ölkəyə girməsinin adətən yükdaşıyan firmalar bilirlər, onlar da çox zaman yalnız Bakıya gəldikdən sonra yük sahibinə xəbər verirlər. Bu da əlbəttə artıq gec olur. Və yüzlərlə sahibkar bu qanunun tələsinə düşməklə min beş yüz manat cərimə ödəyir və xeyli miqdarda zərərə düşürlər.

Özümdən bir missal deyim. Məsələn mən kitab gətirirəm. Bu kitabların maya dəyəri adətən min beş yüz manat həndəvərində olur. Maya dəyərindən yüksək olan cəriməni mən və mənim durumumda olan sahibkarlar niyə ödəməlidirlər? Yəni, bu cərimə nəyə əsasən bu qədər yüksək müəyyən edilib?

Və ümumiyyətlə bu nə cərimədir, buna bir ad verən, izahat verən tapılarmı?! Axı, gələn yük harasa yoxa çıxmayıb, nəqliyyat firmasının öhdəliyindədir. Gec-ya tez, bəyan etmə dövlət orqanlarını niyə narahat etməlidir? Bu pul yığmaq üçün bürokratik uydurmaya niyə hüquqi don geydirib orta sahibkarlarını belini qırmaq lazımdır?!”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR