Dərc edildi: Baxış sayı: 661
Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməyən şəxslər inzibati məsuliyyətə cəlb…
“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”da dəyişiklik edilib.
"Report" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.
Bildirilir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət