Slimfit
  1. CƏMİYYƏT

Gömrük limiti, distant üçün kompüter-smartfon və hökumətin dəstəyi

Gömrük limiti, distant üçün kompüter-smartfon və hökumətin dəstəyi
Sakura

Gömrük limiti, distant üçün kompüter-smartfon və hökumətin dəstəyi

Əgər hökumət, başqa qonşu ölkələrdə olduğu kimi, distant təhsilin təşkili üçün zəruri olan texniki-texnoloji təminata büdcədən vəsait ayırmaqda çətinlik çəkirsə bir neçə alternativlər tapmaq olar.

Məsələn, imkan yaratmaq olar ki, ortabab vətəndaş normal noutbuku 1500- 2000 manata bizim mağazadan deyil, elektron ticarət yolu ilə -poçtla 500 - 600 $ ödəməklə xarici internet mağazalardan alıb gətirsin.

Həmçinin də, vətəndaş övladının distant təhsili üçün zəruri olan smartfonu da bu qayda ilə daha ucuz əldə edə bilərdi.

Bunun üçün isə hökumət şəxsi məqsəd üçün gətirilən mallara gömrük limitinin müəyyən edilməsi ilə bağlı NK305 saylı qərarına yenidən baxmalıdır.

Fikrimcə, hökumət 20 sentyabrdan qüvvəyə minəcək qərarı ya əvvəlki vəziyyətdə saxlamalı ya da vətəndaşın poçtla gətirə biləcəyi malın məbləğini (limiti) ortabab telefon və ya noutbuk ala biləcək vəziyyətdə (təxminən 700 $ ətrafında) saxlamalıdır.

Belə olan halda distantın keyfiyyətli təşkilində hökumətin də yükü xeyli azala bilərdi. Və NK yalnız daha həssas qrupa daxil olan təbəqə üçün texniki-texnoloji təminatı öz üzərinə götürə bilərdi.

Yeri gəlmişkən, xatırladıram ki , məsələn, Qazaxstan hökuməti bu il distant təhsilin təşkili məqsədilə büdcədən 150 milyon $ vəsait ayırıb .

Bizim TN isə hələlik monitorinq keçirərək , müəllimlərin və şagirdlərin texniki-texnoloji təminatı ilə bağlı yerlərdən aldığı rəqəmlərə , sadəcə baxmaqda davam edir.

 

Mənbə: Osman Gunduz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR