Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Göbələklərin faydaları

Göbələklərin faydaları
Sakura

Göbələklərin faydaları

Göbələklər təbiətin möhtəşəm bitkilərindədir. Qurudulmuş göbələkdə zülalın miqdarı 30 % qədərdir, yəni ətdən çoxdur. Bundan başqa, göbələklərdə sellüloz (bitki hücüyrələrinin qabığını təşkil edən maddə), karbohidrat, aminturşuları, yağ turşuları, efir yağları mövcuddur.
Ən böyük əhəmiyyəti isə göbələkdə xolesterinin yığılmasının qabağını alan lesitinin olmasıdır. Sərbəst yağ turşuları aminturşuları kimi orqanizmdə yaxşı həzm olunur. Göbələk aterosklerozun qarşısını almağa kömək edən məhsuldur. Bundan başqa, göbələklər piylərin, sellülozun, qlikoqenin (qaraciyər və əzələlərdəki qanda şəkərdən əmələ gəlmiş nişasta) parçalanmalarına səbəb olan fermentlərlə zəngindir.
Vitaminlərə qaldıqda bir çox meyvə və tərəvəzlər göbələklərlə müqaisədə bu cəhətdən geridə qalırlar. B vitamininə görə göbələklər dənli bitkilərdən geri qalmırlar. Əksər göbələklərdə PP vitamini maya və ciyərdəki qədərdir, D vitamini isə kərə yağında olandan az deyil. Bəzi göbələklərdə hətda A vitamini də var. 

Tərkibində kükürd və yarımşəkərlərin olmasına görə göbələklər onkoloji xəstəliklərlə mübarizədə birinci yer tuturlar.

Ümumilikdə göbələklərin faydalığını aşağıdakı kimi təsnifləndirmək olar:

- göbələklər zülallarla və xərçəngə, viruslara qarşı vitaminlərlə zəngindirlər;

- bağırsaq çöpünü məhv etməyə qadirdir;

- qalxanvari vəzin fəaliyyətinə yaxşı təsir edir;

- insan orqanizminin qanəmələ gətirmədə ehtiyac duyduğu sink və mis kimi kimyəvi elementlərlə təmin edir;

- podaqra xəstəliyindən əziyyət çəkənlərin halını yüngülləşdirir, küt baş ağrılarını aradan qaldırır;

- yüksək kalorisinə görə əti əvəz edir.

Göbələklərin qaynadılması, qızardılması, və turşuya qoyulması zamanı 100 dərəcədə qaynatmaq onun bütün müalicəvi xüsusiyyətlərini dağıdır. Bu, dondurulmuş göbələklərədə aiddir. Ən optimal yolu göbələkləri duzlayaraq çiy halda boçkalarda saxlamaqdır. Onda müalicəvi xüsusiyyətləri qorunacaq və vitaminləri ölməyəcək. Bu, xərçəngin əmələ gəlməsinin qarşısını alan ən güclü vasitədir. 

 

Mənbə : Deyerler.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR