Dərc edildi: Baxış sayı: 2273
Göbələk çığırtması necə bişirilir?
Foodinfo.az bu dəfə oxuculara göbələk çığırtmasının hazırlanması qaydasını görüntülü təqdim edir.
Göbələk çığırtmasının hazırlanması üçün lazım olan ərzaqlar:
15 ədəd göbələk;
2 ədəd soğan;
4 ədəd yumurta;
1/2 çay qaşığı istiot;
1/2 qaşıq duz,
1/4 çay qaşığı sarıkök,
6 yemək qaşığı qarğıdalı yağı,
1 yemək qaşığı sirkə.
Hazırlanması üçün göbələyin qabığı soyulur və üzərinə su əlavə edilir. Üzərinə bir yemək qaşığı sirkə töküb 10 dəqiqə saxladıqdan sonra yuyub torpağını təmizləyirik. Soğan və göbələk doğrandıqdan sonra, ilk olaraq tavaya soğan tökülür və qızarmamış üzərinə 6 yemək qaşığı bitki yağı əlavə edilir. Soğan qızarana yaxın üzərinə göbələk əlavə edirlir. Göbələk qızardıqdan sonra isə üzərinə 1/2 çay qaşığı istiot, 1.5 qaşıq duz, 1/4 çay qaşığı sarıkök əlavə edib daha sonra yumurta vurulur. Əlavə olunan ərzaqlar 5 dəqiqə qarışdırılaraq bişirilir və göbələk çığırtması hazırdır. Nuş olsun!
Foodinfo.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət