Slimfit
  1. AVTO VƏ MOTO

GM və Honda elektromobillər üçün yeni nəsil batareyalar yaradacaqlar

GM və Honda elektromobillər üçün yeni nəsil batareyalar yaradacaqlar
Sakura

GM və Honda elektromobillər üçün yeni nəsil batareyalar yaradacaqlar

General Motors (GM) və Honda şirkətləri uzun müddətli əməkdaşlığı elan ediblər ki, onun da məqsədi elektrik avtomobilləri üçün yeni nəsil akkumulyatorların yaradılmasıdır.

Qeyd olunur ki, GM və Honda mütəxəssisləri batareyaların bütün əsas xarakteristikalarını yaxşılaşdırmalıdırlar. Söhbət əsasən enerji saxlanması sıxlığının və doldurulma sürətinin artırılmasından gedir. Bundan başqa, hüceyrələrin və bunun nəticəsində son akkumulyator bloklarının ölçülərinin kiçildilməsi planlaşdırılır.

Layihənin reallaşdırılması müddəti barədə heç bir məlumat verilmir. Amma məlumat verilib ki, birgə təşəbbüs GM və Honda şirkətlərinə elektrikləşdirilmiş nəqliyyat istiqamətinin inkişafında kömək edəcək. Yeni nəsil batareyaların yaradılması elektromobillərin gedişat ehtiyatının artırılmasına imkan verəcək, bu da onları istehlakçılar üçün daha cəlbedici edəcək.

Qeyd etmək lazımdır ki, elektrokarlar üçün yeni nəsil akkumulyatorların yaradılması sahəsində olan araşdırmaları başqa nəhəng şirkətlər də aparır. Belə ki, bu yaxınlarda Panasonic, Toyota motor, Nissan Motor, Honda Motor, GS Yuasa, Toray Industries və Asahi Kasei LIBTEC (Consortium for Lithium Ion Battery Technology and Evaluation Center) formalaşdırıb ki, o da elektrikləşdirilmiş nəqliyyat üçün böyük həcmli batareyaların hazırlanması ilə məşğul olacaq.

Araşdırmalara əsasən elektromobillərin bütün dünya yollarındakı sayı 2017-ci ildə 3.1 milyon rekord səviyyəyə çatıb. 2016-cı illə müqayisədə belə nəqliyyat vasitələrinin sayı 57% artıb.

 

Mənbə: 3dnews.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR