Slimfit
  1. DÜNYA

Gizli funksiyaya malik üzük təqdim olunub

Gizli funksiyaya malik üzük təqdim olunub
Sakura

Gizli funksiyaya malik üzük təqdim olunub

“RAYY” markasının almazlarla bəzədilmiş üzüklərdən ibarət sentyabr kolleksiyası Lozanna Federal Politexnik Məktəbinin fiziklərinin iştirakı ilə hazırlanıb. Onlar metalın işıq şüalarını müəyyən edilmiş sıra ilə əks etdirməli olan xüsusi strukturlaşdırılmış səthinin yaradılması üzərində çalışıblar.

Üzüklər hazırlanarkən əsas olaraq, zərgərlik işi üçün ənənəvi 18 karatlıq ağ, çəhrayı və sarı qızıl götürülüb. Süni almazlar günəş panellərindən əldə olunan enerjinin köməyilə yaradılıb.

TED.az xarici mediaya əsasən xəbər verir ki, bu zinət əşyalarının əsas xüsusiyyəti onlardan əks olunan işığın aydın şəkildə görünən yazı formalaşdırmasıdır. O, yaxınlıqdakı səthin üzərinə proyeksiya edilir. Burada bütün hədlər və hərflər arasındakı məsafələr çox dəqiq və bərabərdir. Bunun sayəsində elə görünür ki, sanki söz işıqla yazılıb.

Hər bir üzük müştərinin istəyinə uyğun olaraq yaradılmış unikal yazını daşıyır. Onu yalnız işıqlandırma mənbəyi olduğu halda görmək mümkündür. Bu, hətta adi fənər də ola bilər, lakin əsl günəş işığı daha yaxşıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR