Hətta unikal şəxsiyyətlər də evlənirlər və harmoniya, xoşbəxtlik içində yaşayırlar.
Şübhə yoxdur ki, hər kəs öz sevgisini tapa bilər. Hətta unikal şəxsiyyətlər də evlənirlər və harmoniya, xoşbəxtlik içində yaşayırlar.
Ən böyük ombaları olan xanım
Kim Kardaşyan yuvarlaqlığı ilə fəxr edə bilər, amma Amerika kəndlərində İnstaqram ulduzunu üstələyən qadınlar var. Mikel Ruffinelli-nin ombaları əhatə halında 251 sm-dir. Bu forması qadını nəinki bütün dünyada məşhur edir, həm də şəxsi həyatında xoşbəxt edir. Onun əri Redji arıqlamağına qəti şəkildə qarşı çıxır. Dörd övladı da analarını ən gözəl hesab edirlər. Mikel yalnız bəzən narahatlıq keçirir: maşına minmək, qapı aralarından keçmək və sevgilisinin qucağında oturmaq çətindir.
Ən yaşlı gimnast
94 yaşlı alman idmançı Yoxanna Kvaas dünyanın ən yaşlı aktiv gimnastı olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Sağlamlıq və enerji ona hər gün məşq etməyə, idman bölmələrinə rəhbərlik etməyə və yarışlarda iştirak etməyə imkan verir. O, 1963-cü ildə gənc məşqçi Gerhard Kvassla ailə qurdu və onların üç qızı var. Əri hələ də riskli tədbirlərdə çevik gimnastını dəstəkləyir. O, Yoxannanın həmyaşıdı olan 90 yaşlı Britaniya kraliçası II Yelizavetaya həsr etdiyi paraşütdən tullanma zamanı xanımının yanında idi.
Əlləri olmayan, qucaqlaşmağa görə rekordçu
Həmişə qızla əl-ələ gəzməyi arzu edirdi, ancaq təbiətinə görə bu mümkün deyildi. Nik Vuyçiç əl-qolunun ucluqları olmadan dünyaya göz açıb. Özü yaxınlaşıb əl sıxa bilmir, amma minlərlə insan zalları dolduraraq onun görüşlərinə gəlir. Natiqin həvəsləndirici açıqlamaları dinləyicilərə həyatdakı ən çətin vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir. Əfsanəvi Vuyçic qucaqlaşma rekordu qıraraq Ginnesin Rekordlar Kitabına daxil oldu: bir dəfə bir saat ərzində o, 1749 nəfər tərəfindən qucaqlandı. Nik, səkkiz ildir ki, yapon əsilli meksikalı qadın Kanae Miyaxare ilə evlidir və dörd övladı var - iki oğlu və əkiz qızları. Etiraf etmək lazımdır ki, onların sevgi hekayəsi inanılmazdır, milyonlarla insanın qəlbinə toxunur və hər şeyin daha yaxşı olacağına ümid verir.
Ən kök qadın
Polin Potter-in rəsmi qeydə alınmış çəkisi 317 kq-dır. Ancaq ərə gedəndə bundan bir qədər arıq. Polin səhv ünvana məktub göndərərək təsadüfən əri ilə tanış olmuşdu. Sonrakı sevgi yazışmaları cütlüyü evliliyə apardı. O dövrdə qadın öncəki münasibətlərindən doğulmuş oğlunu böyüdürdü, əri olacaq Aleksin isə varisi olacaq oğlu vardı və o, qəti şəkildə ögey anaya qarşı idi. Bir sözlə, bir müddət sonra gənclər ayrıldı. Lakin Aleks keçmiş həyat yoldaşı Ginnesin Rekordlar Kitabına düşən kimi yenidən onun yanına qayıtdı. Ondan mənfəətpərəstlikdə şübhələnmək mümkün deyil, çünki Polinanın arıqlamağa başlamasını təkid etdi. İndi Potter iki yüz kiloqram arıqlamaq üçün hər şeyi edir və tədricən uğur qazanır.
Dünyanın ən hündür adamı
Sultan Kosenin 251 santimetr olan boyu, ona davamlı narahatlıqlar gətirir: onun üçün tavanlar alçaq, çarpayılar kiçik, avtomobil salonları darısqal, paltarlar isə kukla geyimləridir. Türk fermerin ailəsinin bütün üzvləri adi insanlardır. Həyat yoldaşını da uzunboy olmayan - Sultandan 78 santimetr qısa və 10 yaş kiçik olan Merve Dibo adlı qızı seçdi. 2013-cü ilin payızında, dünyanın dörd bir yanından gələn jurnalistlərlə birlikdə iki minə yaxın qonaq onun toyu üçün toplanmışdı. İndi hormonal müdaxilənin hesabına həkimlər nəhəngin artmasını dayandırdılar, amma o əvvəlki kimi şou-biznes ulduzudur. Tez-tez müxtəlif televiziya layihələrinə və hətta filmlərə dəvət olunur. Bu yaxınlarda o, ”Qeyri-mümkünə nail olmaq” filmində rol aldı. Onun xanımı isə əldə olunan qonorarı gələcək uşaqlarını böyütmək üçün toplayır.
Ən çox pirsinq edən qadın
Belə bir mahı vardı "... Moruq rəngli papaqda sağ tərəfində deşik olan bir rezin kirpi gəzirdi ..." Düzdür, Elayan Devidsonun bədənində belə deşiklərin sayı doqquz mindən çoxdur. Aromaterapiya mağazasının sahibi olan şotlandiyalı bu xanım özündə 3 kiloqram bəzək şeyləri daşıyır və etirafına görə bu hələ son hədd deyil. Bu məziyyəti ilə şok edən qadın nəinki Ginnesin Rekordlar Kitabına düşdü, kişi diqqətindən də məhrum qalmadı. 2011-ci ilin iyununda rekordçu, bədənində bir dənə də olsun pirsinq və döymə olmayan qoçaq Duqlas Uotsona ərə getdi. Ancaq nəsə yolunda getmədi. Belə .şübhələr var ki, həyat yoldaşı heç vaxt arvadının üzünü görə bilməyib. 2012-ci ildə cütlük ayrıldı.
Ən böyük sinəsi olan qadın
63 yaşlı model Norma Stits sinə bölgəsi heç bir paltara uyğun olmadığı üçün sifarişlə geyimlər tikdirir. Onun ölçüsü 260-81-137-dir. Qız ərə gedənədək fizioloji xüsusiyyətlərinə görə utanırdı. Onun əri Hərbi Hava Qüvvələrinin zabitidir, o qara dərili gözəli inandırdı ki, onun cəlallı gözəllikləri yalnız unikal deyil, həm də əlverişlidir. 25 kiloqramlıq döşə sahib olan qadın müxtəlif şoularda iştirak etməyə və çoxlu pul qazanmağa başladı. Tamaşalar dövründə iki uşaq dünyaya gətirə bildi, ancaq qızı və oğlunu əmizdirə bilmədi. Buna səbəb süd vəzilərinin anadangəlmə natamamlığı idi. Təəssüf ki, 13 illik evlilikdən sonra Norma Stitz dul qaldı, amma əl-qolunu sallamadı. Yükünün ağırlığı altında kürəyini düzəltdi və şüurlu yaşda universiteti fərqlənmə diplomu ilə bitirib sosial işçi diplomu aldı.
Unikal Barbi kolleksiyasının sahibi
Alman Bettin Dorfmannın əri ilə şəkillərini tapa bilməyəcəyik. Həyat yoldaşının sözlərinə görə, xanımının 15 min miniatür kuklası var və onun yenilərini əldə etməsindən qorxur. Barbi kuklalarına heyranlıq Dorfmanın əsl sevgisinə çevrildi. Əvvəlcə uşaqlarını sevindirmək üçün oyuncaqları saxlamaq istədi, amma çox keçmədən Melissa qızının tamamilə fərqli maraqlarının olduğunu başa düşdü. Bettin-in toplamağa olan ehtirası yalnız artdı və indi kolleksiya evin bütün yerlərini tutur. Əri bütün bunların nə vaxt bitəcəyini soruşduqda, Bettin cavab verir: "Heç vaxt!"
Planetin ən hündür qızı
Elizani da Kruz Silva ondan təxminən yarım metr qısa olan ərindən utanmır. Onun boyu 2 metr 6 santimetr, inşaat firmasının əməkdaşı olan ərinin boyu isə 162 sm-dir. Fransinaldo da Silva Karvalio, hər mənada belə bir görkəmli həyat yoldaşına sahib olduğundan qürur duyur. İndi qızın əsas arzusu ən qısa zamanda ana olmaqdır. Hipofiz şişinin yaratdığı xəstəlik səbəbindən həkimlər onu analıq vəziyyətinə hazırlayırlar. Elizani etiraf edir ki, doğa bilməyəcəyi təqdirdə, uşaq evindən körpə övladlığa götürəcəklər.
Çox metrlik bığlı insan
Hindistanın Rajstan ştatında yaşayan Ram Sinqx Çauxan 38 ildir bığlarına qulluq edir. Rekord sahibinin həyat yoldaşı ərinin dörd metrlik bığları ilə fəxr edir. O, iddia edir ki, belə qeyri-adi bir şəkildə əldə olunmasına baxmayaraq Ramın populyarlığından olduqca məmnundur. Bığları sayəsində, Çauxan, hətta əfsanəvi casus Ceyms Bondun sərgüzəştlərindən bəhs edən "Osminoj" filmində rol aldı. Uşaqlar bığları daha uzun böyütmək cəhdində atalarını dəstəkləyirlər və bəzən ailə başçısının bığını yumağa kömək edirlər.
Mənbə: wday.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət