Geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib
Pandemiya dövründə geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib.
Ens.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Geyim satışı:
• Dəyişmə otaqlarından istifadə qadağandır;
Kosmetika və ətriyyat satışı:
• Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;
Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti:
• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.
Mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri:
• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət